Milli Məclisin İntizam Komissiyasının geniş iclası-BAŞA ÇATIB – YENİ ƏSASNAMƏ HAZIRLANIR – YENİLƏNİB – (3)

Sabah, mayın 6-da Milli Məclisin (MM) İntizam Komissiyasının 6-cı çağırış dövründə geniş iclası keçiriləcək.

Etikxeber.az-ın MM-dən əldə etdiyi məlumata görə, iclas həm də Komissiya üzvləri tanışlıq xarakteri daşıyacaq.

Qeyd edək ki, İntizam Komissiyasının fəaliyyət göstərdiyi ötən illər ərzində azsaylı iclasları qapalı və geniş olmayan tərkibə keçirilib.

Bu dəfə isə bir qədər fərqli olacaq, Komissiya üzvləri ilə geniş fikir mübadiləsi aparılacaq, həmçinin, Komissiyanın fəaliyyətinin daha da gücləndirilməsi, canlandırılması məsələsi müzakirə ediləcək.

Onu da qeyd edək ki, İntizam Komissiyasına 7-ci dəfə deputat seçilən tanınmış siyasətçi və millət vəkili Eldar İbrahimov rəhbərlik edir.

İntizam komissiyasının tərkibi:

İbrahimov Eldar Rza oğlu – Sədr

Ağamalı Fəzail Rəhim oğlu – müavin

Həsənov Nurlan Urfan oğlu -katib

Həsənova Afət Əbil qızı

İbrahimqızı Məlahət İbrahim qızı

Məhəməliyev Nəsib Məhəmməd oğlu

Məmmədov Hikmət Baba oğlu

Məmmədov Məşhur Şahbaz oğlu

Möhbalıyev Səttar Suliddin oğlu

Musayev Madər Əliəsgər oğlu

Səfərov Nizami Abdulla oğlu

15:32, 5 may

***

İntizam Komissiyasının iclası bu gün saat 12:00-da öz işinə başlayacaq.

Qeyd edək ki, son 25 ildə ilk dəfədir ki, belə bir geniş formatda iclas baş tutacaq.

***

Komissiyanın iclası başlayıb.

İclasa E. İbrahimov sədrlik edir.

12:02

***

Komissiyanın iclası bir saatdan artıq çəkib.

İclas həm tanışlıq xarakerli olub, həm də bəzi məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

14:14

***

Komissiyanın sədri E. İbrahimov diqqətə çatdırıb ki, komissiyanın fəaliyyətini daha da yaxşılaşdırmaq üçün yeni Əsasnamə hazırlanıb. Əsasnamə layihəsi hazır olanda müzakirəyə təqdim ediləcək.

İclasda çıxış edən komissiyanın katibi, deputat Nurlan Həsənov bildirib ki, İntizam komissiyasının fəaliyyətini tənzimləyəcək yeni Əsasnamədə komissiyanın səlahiyyətləri, deputatın hüquq və vəzifələri, müraciətlərə baxılması qaydası və digər məsələlər öz əksini tapmışdır. Əsasnamə hazırlanarkən beynəlxalq təcrübədən, əsasən isə Almaniya təcrübəsindən istifadə olunub.

Sonra çıxış edən komissiya üzvləri Fəzail Ağamalı, Məlahət İbrahimqızı, Səttar Möhbalıyev, Hikmət Məmmədov, Nəsib Məhəməliyev, Nizami Səfərov, Məşhur Məmmədov, Afət Həsənova yeni Əsasnamə barədə təkliflərini verdilər, prosesin sürətləndirilməsinin vacibliyini vurğuladılar.

Bununla da İntizam komissiyasının iclası başa çatıb.

Etikxeber.az

Read Previous

ATV və Lider TV-nin yayımının 1 saatlıq dayandırılmasına, “Space” ilə bağlı məhkəməyə müraciət olunmasına-QƏRAR VERİLDİ

Read Next

“Tarixən ölkəmizdə idmanın müxtəlif növləri inkişaf edib, amma…”-YUSİF BABANLI YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir