Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib.
Etikxeber.az xəbər verir ki, mitinqin oktyabrın 19-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi “Neftçi İdman Klubu”nun Qaradağ təlim – idman bazasında keçirilməsinə razılıq verilib.
Milli Şura isə bu dəfə də icazə verilən məkanla razılaşmır.
Milli Şuranın üzvü Tofiq Yaqublu mətbuata açıqlamasında bildirib ki, mitinq iştirakçıları Lökbatana getməyəcək.
Qeyd edək ki, Milli Şura ötən dəfə də Lökbatana getməkdən imtina etmişdi.
Etikxeber.az