MM-in bugünkü iclası: İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ ÜZRƏ MİLLİ KOORDİNATOR HESABAT VERDİ – YENİLƏNİB – (5)

Bu gün Milli Məclisin (MM) növbəti plenar iclası keçiriləcək.

Etikxeber.az xəbər verir ki, iclasın gündəliyinə 22 məsələ daxil edilib.

İclasın gündəliyinə daxil olan məsələlər aşağıdakılardır:

1. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında.


2. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

3. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

5. “Əhalinin sağlamlığının qorunması haqqında” və “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

6. “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

7. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

8. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

9. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

10. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

11. “Onkoloji yardım haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

12. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

13. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

14. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

15. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

16. “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

18. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

19. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

20. “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

21. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

22. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Energetika haqqında”, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” və “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Qeyd edək ki, “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında” məsələ ilə bağlı Daxili İşlər nazirinin birinci müavini, general-leytenant Seyfulla Əzimov məlumat-hesabat verəcək.

Hesabatdan sonra müzakirələr açılacaq və sonda məsələ səsə qoyularaq, qəbul edəcək.

İclasa spiker Sahibə Qafarova sədrlik edəcək.

00:00

***

MM-in iclası öz işinə başlayıb.

İclasa spiker S. Qafarova sədrlik edir.

11:00

***

İclas cari məsələlərin müzakirəsi olmadan başlayıb.

Hazırda gündəlikdəki ilk məsələ-“İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında” məsələ ilə bağlı Daxili İşlər nazirinin birinci müavini, general-leytenant Seyfulla Əzimovun hesabat dinlənilir.

11:02

***

Hesabatın məruzəsi zamanı qeyd edilib ki, 2021-ci ildə 95 nəfər insan alveri qurbanı müəyyən edilib.

Onlardan 5-i 18-25, 59-u 25-35, 31- i isə 35 yaşdan yuxarıdır. Bu qurbanlardan 92,8 faizi qadın, 7,2 faizi isə kişidir. 2021-ci ildə 13 nəfər insan alveri cinayətlərinə görə məsuliyyətə cəlb edilib.

Nəzərə çatdırılıb ki, ötən il uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə keçirilən reydlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 450 uşaq aşkarlanıb.

Qeyd edilən şəxslər də daxil olmaqla övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməyən 75 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb.

11:20

***

Milli Koordinatorun hesabatı dinlənildikdən sonra söz parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruca verib.

Hazırda hesabatla bağlı Z. Oruc çıxış edir.

11:29

***

“Bu gün görülən işlər arasında insan alveri qurbanları üçün həyata keçirilən tədbirlər nəzərəçarpacaq dərəcədədir”.

Bunu müzakirələr zamanı deputat Azay Quliyev deyib.

Deputat bildirib ki, bəzi ölkələrdə insan alverinə qarşı nəinki mübarizə aparılmır, həm də bu, dövlət orqanları tərəfindən dəstəklənir:

“Necə ola bilər ki, Azərbaycan ABŞ-ın İnsan alveri ilə bağlı hesabatında həmin ölkələrlə eyni sırada verilir?! ABŞ-ın media azadlığı ilə bağlı hesabatında da Azərbaycana qarşı bu cür mövqedən çıxış edilmişdi”.

A. Quliyev bildirib ki, insan alveri cinayətləri bəzən internet üzərindən həyata keçirilir:

“Vətəndaşlar çox zaman internetdən bu kimi elanlara aldanırlar. Eyni zamanda şirnikləndirici iş elanları da araşdırılmalıdır”.

12:10

***

“Ölkəmizdə azyaşlı qızların valideynləri tərəfindən ailə qurmağa məcbur edilməsi faktları var”.

Bunu isə deputat Kamilə Əliyeva deyib.

Deputat bildirib ki, bu və buna oxşar hadisələr insan alveri cinayəti kimi qeydə alınsa, yaxşı olar:

“Bunun mümkün olub-olmamasını Seyfulla müəllimdən soruşmaq istəyirəm”.

“Dünyada insan alverinə qarşı mübarizədə müsbət nəticə əldə etmək bəlkə də mümkün deyil”.

Bunu da parlamentin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov deyib.

Bildirib ki, bu, Azərbaycanda belə deyil:

“Azərbaycanda 2021-ci ildə qanunazidd bu fəaliyyət əsasən internet üzərindən həyata keçirilib. Bu sahənin cinayətkarları müasir texnologiyadan istifadə ediblər. Amma hesabatda bəzi ziddiyyətli məqamlar var. Çünki hesabatda internet üzərindən insan alveri ilə məşğul olanlarla bağlı cinayət işi açılması əksini tapmayıb”.

Müzakirələrin sonunda hesabat səsə qoyularaq, qəbul edilib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Faiz nisbətində ölkəmizdə vəziyyətin sabit və təhlükəsiz olduğu inkaredilməzdir…”- ZAHİD ORUC – PARLAMENTİN KOMİTƏ SƏDRİ DAHA NƏLƏRİ DİLƏ GƏTİRDİ?

Read Next

“Pensiya yaşı qadınlar üçün 60, kişilər üçün 63 yaş müəyyən edilsin”-ƏLİ MƏSİMLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir