MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri bir aylıq maaşlarının bir hissəsini Koronavirusla Mübarizəyə Dəstək Fonduna-KÖÇÜRƏCƏKLƏR

Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bütün üzvləri bir aylıq maaşlarının bir hissəsini Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürməyi qərara alıblar.

Etikxeber.az-ın xəbərinə görə, bu haqda adıçəkilən komitənin sədri Tahir Mirkişili məlumat verib.

“Hər birimiz bu qlobal mübarizəyə dəstəyini verməlidir. Bu pandemiyaya biz güclü dövlətimiz, güclü iradəmiz və güclü həmrəyliyimiz nəticəsində qalib gələcəyik! Komitə üzvləri: Tahir Mirkişili, Əli Məsimli, Abbaszadə Mahir, Allahverdiyev Elnur, Bayramov Vüqar, Əfəndiyev Məzahir, Əhmədov Vahid, Hüseynov Aydın, Quliyev Rüfət, Məmmədov Anar, Məmmədov İqbal, Məmmədov Məşhur, İsmayılov İmamverdi, Səmədzadə Ziyad, Vəliyev Ağalar“-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Şah İsmayıl Səfəvinin damarlarında həm də fateh Çingiz xanın qanının axdığını bilirdinizmi?

Read Next

“Hər birimiz vətəndaş olaraq ümummilli problem qarşısında tarixi məsuliyyətimizi dərk etməliyik” – ELNUR ALLAHVERDİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir