“Mövcud olmayan qərarı kim verib, o da aydın olmadı…” – MƏHKƏMƏ ARİF HACILININ MSK-YA QARŞI İDDİASINI TƏMİN ETMƏDİ…

Bu gün Bakı Apelyasiya Məhkəməsidə mənim Mərkəzi Seçki Komissiyasından (MSK) şikayətimə baxılarkən maraqlı hadisələr baş verdi. MSK nümayəndəsi Ramiz İbrahimov dedi ki, mənim şikayətim baxılmadan saxlanılıb. Səbəblər o imiş ki, şikayəti Dairə Seçki Komissiyasına (DSK) göndərməmişəm, şikayət aktlarının əslini yox, surətini təqdim etmişəm.

Etikxeber.az xəbər verir ki, bunu deputatlığa namizəd, Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

O, sonra bunları qeyd edib:

“MSK nümayəndəsi Ramiz İbrahimovun suallarıma cavabları da belə oldu.-Əgər şikayət DSK-ya aid idisə niyə aidiyyatı üzrə DSK-ya göndərilməyib? R.İ.- İstəsəydik göndərərdik. (?) – Niyə bu barədə şikayətçiyə məlumat verilməyib? R.İ.- MSK-nın belə bir vəzifəsi yoxdur. – MSK-nın şikayəti baxılmadan saxlamaq barədə qərarını məhkəməyə təqdim edin. R.İ.- Belə qərar yoxdur. – Bu məsələ MSK-da nə vaxt müzakirə olunub?R.İ.- Bu məsələ MSK iclasında müzakirə olunmayıb. Yüzlərlə şikayət var, çatdırmaq olmur (?) Hakimin sualı:-Bəs şikayətçinin şikayəti necə oldu? R.İ.- İşə aldıq. (?).- İşə aldıq nə deməkdir? Belə hüquqi anlayış yoxdur.-…Aydınlaşdı ki, MSK- nın mənim şikayətimi baxılmadan saxlamaq barədə də qərarı yoxdur. Mövcud olmayan qərarı kim verib, o da aydın olmadı. Və … hakim iddiamı təmin etmədi…”.

Etikxeber.az

Read Previous

MSK-nın yeni iclası: “91”-DƏ 2, “81” VƏ “22”-DƏ 4 MƏNTƏQƏNİN NƏTİCƏSİ LƏĞV EDİLDİ, MSK SƏDRİ İTTİHAMLARLA RAZILAŞMADI, BU DƏFƏ “32”-YƏ DƏYİLMƏDİ… – YENİLƏNİB – (14)

Read Next

DTX Sabir Rüstəmxanlının rəqibini-YAP-IN DEPUTATLIĞA NAMİZƏDİNİ SAXLADI – HAKİM PARTİYA HƏLƏLİK AÇIQLAMA VERMƏYİB… – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir