MSK-dan “sükut günü” ilə bağlı namizədlərə-XƏBƏRDARLIQ

Deputatlığa namizədliyi qeydə alınmış şəxslər “sükut günü” seçkiqabağı təşviqat kampaniyası ilə məşğul olsa, həmin şəxslərlə bağlı MSK tərəfindən qanuna müvafiq addımlar atılacaq.

Etikxeber.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov deyib.

R. Qasımov bildirib ki, “sükut günü” təşviqat imkanlarından istifadə etmək istəyənlərin olmayacağına ümid edir.

“Bu cür hallar aşkarlanarsa, ciddi şəkildə qanun pozuntuları müşahidə edilərsə və araşdırma nəticəsində bunlar sübut olunarsa, seçki komissiyaları Seçki Məcəlləsi əsasında lazım olan bütün hüquqi addımları atacaq” – deyə, o, vurğulayıb.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçiriləcək.

Fevralın 8-i ölkədə “sükut günü”dür, təşviqat kampaniyası saat 08.00-dan dayandırılacaq (APA).  

Etikxeber.az

Read Previous

Deputatlığa namizəd udin icması ilə görüşdü – FOTOLAR

Read Next

“Seçki-2020 onlayn səsvermə”nin nəticələri elan olundu-OQTAY ƏSƏDOV, ADİL ƏLİYEV, QƏNİRƏ PAŞAYEVA, TAHİR MİRKİŞİLİ…-SİYAHI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir