“Münasibətimiz çox mənfidir”- Ramiz Mehdiyev

Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə əlaqədar sentyabrın 26-da keçirilən ümumxalq səsverməsinin başlandığı səhər saatlarından Bakının 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsində xüsusi canlanma müşahidə olunurdu.

Etikxeber.az AZƏRTAC-a istinadən  xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev həmin məntəqədə səs verib.

Məntəqədə səsvermənin gedişini beynəlxalq və yerli müşahidəçilər izləyirdilər.

Prezident Administrasiyasının rəhbəri jurnalistlərə müsahibəsində Venesiya Komissiyasının Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi ilə bağlı Referendum Aktı layihəsinə verdiyi rəyə münasibətini açıqlayıb. Akademik Ramiz Mehdiyev Venesiya Komissiyasının bu rəyinə münasibətinin mənfi olduğunu vurğulayaraq deyib: “Onlar bizimlə müzakirə aparmayıblar. Onlara sənəd göndərməmişik. Özləri tapşırıqlar əsasında belə məlumatlar yayıblar. Bizim münasibətimiz çox mənfidir”.

R. Mehdiyev referendumun ölkəmizə çox şey verəcəyini vurğulayaraq bildirib ki, Azərbaycan inkişaf edir və ümumxalq səsverməsinə çıxarılan məsələlər də bu inkişafa xidmət edəcək.

Etikxeber.az

Read Previous

Saat17:00-a ən yüksək və ən aşağı seçici fəallığı qeydə alınan seçki dairələri açıqlanıb

Read Next

Türkiyə Azərbaycandan 541,36 milyon kubmetr təbii qaz idxal edib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir