“Müraciətlərin bir hissəsinə yerində baxıldı və öz müsbət həllini tapdı, digər hissəsi ilə bağlı artıq çalışmalara başlamışıq…”-MİLLƏT VƏKİLİ – FOTOLAR

Öncədən xəbər verdiyimiz kimi, avqust ayının 22-də Sabirabad rayonunun 8 kəndində seçicilərlə görüşdüm. Onları narahat edən problemlərlə tanış oldum, qayğılandıran məsələləri dinlədim, qarşılaşdıqları çətinliklərin aradan qaldırılması üçün birlikdə müzakirələr apardıq. Mənə ünvanlanan müraciətlərin bir hissəsinə yerində baxıldı və öz müsbət həllini tapdı, digər hissəsi ilə bağlı artıq çalışmalara başlamışıq. Sakinlərlə görüşlərimizin işgüzar, səmimi və məhsuldar mühitdə keçmələri məni həddən ziyadə sevindirdi.

Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Ramin Məmmədov deyib.

Qeyd edib ki, çünki onları məmnun etmək, onlara xidmət etmək, onlara dövlətin qayğısını hiss etdirmək vəzifə borcu olmaqla bərabər, seçiciləri qarşısında məsuliyyətidir.

“Görüşlər zamanı qaldırılan məsələlərin həlli üçün sərgilədikləri operativ və həssas münasibətə görə Sabirabad rayonunun icra strukturlarına, bələdiyyə nümayəndələrinə, təhsil, su və meliorasiya, elektrik və qaz təchizatı müəssisələrinə, və, təbii ki, Yeni Azərbaycan Partiyasına təşəkkürümü bildirirəm.

Görüş Cəngan və Çiçəkli kənd sakinlərinin müraciətinə əsasən “Naqqal” adlanan su kanalının təmizlənməsi üçün işlərə bir müddət əvvəl start verilmişdir. Aparılan işlərlə yerində tanış olmaqla bərabər seçicilərlə söhbət etmək imkanından faydalanmaq üçün qeyd olunan kanalın keçdiyi ərazidə kənd sakinləri ilə görüşümüz baş tutdu”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Onu hamı sevir…”-VAQİF ABDULLAYEV YAZIR

Read Next

O, mükəmməl xanım obrazını bütün parametrləri ilə öz şəxsiyyətində təcəssüm etdirən əsil azərbaycan Qadınıdır”-BAHAR MURADOVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir