Müxalifət martın 10-da mitinq keçirmək istəyir…

Müxalifətin ilk birgə mitinqi martın 10-da saat 15:00-dan 17:00-dək Yasamal rayonundakı “Məhsul” stadionunda  keçiriləcək.

Etikxeber.az-ın xəbərinə görə, bu haqda “Basta”ya Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib.

Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə təqdim edilmək üçün hazırlanan müraciətdə qeyd edilib ki, aksiya “Siyasi məhbuslara azadlıq”, “Bahalaşmaya etiraz edirik” və digər şüarlar altında keçiriləcək.

12okt-mitinq2

Aksiya ilə bağlı müraciəti, AXCP-dən Nürəddin Məmmədli, Müsavatdan Fərəc Kərimli, Milli Şuradan İbrahim İbrahimli, Eldəniz Quliyev və digərləri imzalayıblar.

Qeyd edək ki, birgə mitinq təşəbbüsünə “Nida” Vətəndaş hərəkatı da qoşulacağını bildirib.

REAL Vətəndaş Hərəkatı isə Milli Şuranın bu təklifinə müzakirələrdən sonra cavab verəcəklərini bildirib.

Etikxeber.az

Read Previous

Heç kimin qarşısında gözükölgəliliyim yoxdur – ƏLİ HƏSƏNOV

Read Next

Ərdoğanla CXP “Səadət”ə səsləndi, DSP “ən çox yer verənə qoşularam” dedi … – SEÇKİ TÜRKİYƏSİNDƏ NƏLƏR YAŞANIR?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir