Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Noyabrın 19-da Nəvahi və Pirsaat stansiyalarının 4275 metr uzunluğunda baş yollarının əsaslı təmirinə start verilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən Etikxeber.az-a bildirilib ki, Nəvahi stansiyasında 2100, Pirsaat stansiyasında isə 2175 metr uzunluğunda baş yol təmir olunacaq. Artıq köhnə yolun söküntüsünə başlanılıb.
Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Təmir işləri 5 gün davam edəcək.
Qeyd edək ki, 2015-ci il aprelin 14-də “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 kilometr hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.
Yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 175 kilometrdən artıq dəmir yolu əsaslı təmir olunub.
Etikxeber.az