“Nə qədər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayır…” – QAFAROVA AŞPA-DAN SƏSLƏNDİ

“Bir sıra regionlarda müharibə alovlarının şiddətləndiyi indiki məqamda uşaqların münaqişələrdən qorunması, onların yaşamaq hüquqlarının müdafiəsi olduqca vacib, hətta taleyüklü məsələyə çevrilib. Əlbəttə, uşaqların qorunması beynəlxalq humanitar hüquq və insan haqları, 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, eləcə də uşaq və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair konvensiyalarda təsbit edilib. Ancaq beynəlxalq hüquqi sənədlərdə təsbit olunmuş bu məsələlərə heç də əməl olunmadığını aydın görürük”.

Etikxeber.az xəbər verir ki, bu fikri “Silahlı münaqişələrdə uşaqların müdafiəsi” adlı məruzə ilə bağlı müzakirələrdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova deyib.

O, bildirib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və xalqımıza qarşı həyata keçirdiyi soyqırımlarda uşaqların zorakılığa məruz qalmasının canlı şahidi olmuşuq.

sahibaaaa

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 193 azərbaycanlı körpə və uşaq erməni vandalları tərəfindən qətlə yetirilib, 61 uşaq itkin düşüb, 27-si isə hələ də əsirlikdədir. 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, son dövrdə 32 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 13-ü həlak olub, 19-u isə yaralanıb. Təkcə Xocalı soyqırımı nəticəsində qətlə yetirilən 613 dinc sakin arasında 63 uşaq, 106 qadın olub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Xocalı hadisələri zamanı 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb.

Nə qədər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayır, uşaq ölümlərinin sayı artmaqda davam edəcək. Təkcə son bir neçə ildə Fariz Bədəlov, Aygün Şahmalıyeva, Elnarə Şahmalıyeva, Elsəvər Cəfərov, Aygün Şahmalıyeva, Şahin Həsənov Ermənistan dövlətinin qeyri-insanı, bütün beynəlxalq konvensiyalara zidd davranışlarının qurbanı olub. Son olaraq ötən il 2 yaşlı Zəhra Quliyevanın ermənilər tərəfindən qətlə yetirilməsi Ermənistanın heç bir beynəlxalq hüquqi sənədlərə, eyni zamanda, ən adi humanitar təşəbbüslərə məhəl qoymadığını, ən qəddar və qeyri-insani üsullar tətbiq edərək uşaqları qətlə yetirməkdə davam etdiyini göstərir”, – deyə S. Qafarova vurğulayıb.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Türkiyənin bunun da öhdəsindən gələcək – KOMİTƏ SƏDRİ

Read Next

“Sənədi hazırlayıb, başa çatdıra bilmədilər, ona görə də…” – ELDAR İBRAHİMOV – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir