“Nərminin faciəsinin yaşadığı dairənin deputatı Rafiq Məmmədhəsənovdur” – QƏNİRƏ PAŞAYEVA

Əziz Nərmin balamızın faciəsi ilə bağlı Dondar Quşçu kəndinin yerləşdiyi dairənin deputatı olaraq mənə müraciət edən və bilmədən buranı təmsil edən millət vəkili olaraq mənim adımı yazan bütün dostlara demək istəyirəm ki, o dairənin millət vəkili mən deyiləm, Rafiq Məmmədhəsənovdur.

Mən bu məsələlərdə ilk gündən bir tovuzlu, bir qadın və bu dairəni təmsil etməsəm də, bir millət vekili olaraq əlimdən gələni etməyə çalışdım və çalışıram.

Nerminin qatilləri də, inşallah, mütləq tapılacaq. 

Pespublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin ciddi nəzarətindədir bu faciə.

İlk gündən məsələ ilə ciddi maraqlanıram.

Ötən gün də burdaydım. Bu gün də burdayam.

Ailənin yanında olmağa çalışmışam hadisə baş verəndən və bu gün də.

Ümumiyyətlə, müxtəlif mövzular ətrafında çoxsaylı müraciətləri nəzərə alaraq bildirmək istəyirəm ki, Tovuz rayonu 3 dairədə təmsil olunur.

1. 106 saylı Tovuz-Qazax-Ağstafa dairəsi.

Tovuz şəhəri tamamilə, Aşağı ve Yuxarı Öysüzlü kəndləri, Aşağı Quşçu, Aşağı, Yuxarı Mülkülü, Qazqulu, Hacallar bu dairənin ərazididir. Bu dairəni millət vəkili Ülviyyə Ağayeva təmsil edir.

2. 104 saylı Tovuz-Gədəbəy seçki dairəsi.

Nərminin faciəsinin yaşandığı Dondar Quşçu, Alakol, Köhnəqala, Azaflı, Böyükqışlaq və Tovuzun bütün dağ kəndləri bu dairədədir.

Millət vəkili Rafiq Məmmədhəsənov təmsil edir bu dairəni.

3. 105 saylı Tovuz seçki dairəsi.

Bu dairəyə Qovlar şəhəri və rayının digər kəndləri daxildir.

Milli Məclisdə mən təmsil edirəm bu dairəni fevralın 9-a kimi.

Və bu dairədən yenidən namizədliyimi irəli sürmüşəm.

Qənirə PAŞAYEVA,

Millət vəkili

Etikxeber.az

Read Previous

Afrika qitəsinin 2019-cu ildə ən yaxşı futbolçusu – SADİO MANE

Read Next

MM-in komitə sədri və AŞPA-dakı nümayəndə heyətinin üzvü də – NAMİZƏD OLDU…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir