“Napoli” liderliyini davam etdirir…

Futbol üzrə İtaliya çempionatının – “Serie A”nın lideri “Napoli” komandası liderliyini davam etdirir.

Etikxeber.az xəbər verir ki, Neapol təmsilçisi “Serie A”nın 20-ci turunda doğma meydanda çempionatın autsayderlərindən olan “Hellas Verona” klubunun qapısından iki cavabsız top keçirib. Neapolluların heyətində 65-ci dəqiqədə K.Kulibali, 78-ci dəqiqədə isə Xose Kallexon fərqləniblər. Bu qələbə sayəsində xallarının sayını 51-ə çatdıran “Napoli” liderliyini qoruyub.

Bu klubun ən yaxın təqibçisi “Yuventus” 20-ci turda səfərdə “Karliari” ilə qarşılaşıb. Turinlilər matçın taleyini bir qolla həll ediblər. Oyunda yeganə qolu 74-cü dəqiqədə Federiko Bernardeşçi rəqib qapısından keçirib.

“Yuventus” minimal hesablı qələbə sayəsində lider “Napoli” ilə aradakı bir xallıq fərqin böyüməsinə imkan verməyib. Hazırda aktivində 50 xal olan Turin təmsilçisi ikinci sırada qərarlaşaraq çempionluq uğrunda mübarizəni davam etdirir.

Ötən gün səfərdə “Fiorentina” ilə heç-heçə edən “İnter” 42 xalla üçüncü sıradadır. Milanlılardan bir oyun az keçirən “Latsio” 40 xalla dördüncü pillədədir. Paytaxt təmsilçisi “Latsio” bu tur çərçivəsində səfərdə SPAL üzərində 5:2 hesablı qələbə qazanıb.

Tur çərçivəsində doğma meydanda “Atalanta”ya 1:2 hesabı ilə məğlub olan “Roma” 39 xalla beşinci pilləyə geriləyib.

Etikxeber.az

Read Previous

DİN Goranboyda tapılan “104 yaşlı çeçen qadın”la bağlı məsələyə aydınlıq gətirdi…

Read Next

20 nəfərin xəsarət aldığı qəza törədən avtobus sürücüsü tutuldu – BAKIDA – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir