“O Xalq bizik, o Oğul sizsiniz!” – SAHİB ALIYEV YAZIR

 “Bu dəmir yolunun ən böyük önəmi onun regionun geosiyasi xəritəsinə yenidən düzəliş edərək bütün türk ölkələrini birləşdirməsidir…”

Bu gün Bayramdır. Bu günün önəmi təkcə onda deyil ki, Bakı-Tiflis-Qars dəmir yolu xəttinin işə düşməsiylə Azərbaycanın regionda nəqliyyat qovşağına çevirilməsi yolunda sonuncu sayılmasa da, ən mühüm addımlardan biri atılmış olur. Və bununla da ölkəmiz hər il 50 milyondan bir milyard dollaradək gəlir əldə etmək şansı qazanır. Bir daha vurğulayırıq ki, əlbəttə bu önəmlidir. Ancaq bu dəmir yolunun ən böyük önəmi onun regionun geosiyasi xəritəsinə yenidən düzəliş edərək bütün türk ölkələrini birləşdirməsidir.

Xatırladaq ki, on il bundan öncə Bakı-Tiflis-Qars dəmir yolu xəttinin özülü qoyular-qoyulmaz Azərbaycanla Türkiyənin qarşı-qarşıya gətirlməsinə yönəlmiş “futbol diplomatiyası” deyilən bir oyun ortaya atıldı. Bunun ardından da hardasa 2008-ci ilin avqustunda Ermənistanda Gümrü-Qars dəmir yolu xəttində təmirə başladıldı. Nə idi bu təmirdə məqsəd? Bakı-Tiflis-Qars dəmir yolu xəttininin önəmini heçə endirmək. Həm də təkcə iqtisadi baxımdan yox. Əgər Gümrü-Qars dəmir yolu xətti işə düşsəydi, Azərbaycanın və təkcə Azərbaycanın deyil, elə Türkiyənin də bundan aldığı geosiyasi zərbə iqtisadi zərərdən qat-qat artıq olacaqdı. Amma böyük türk xalqı ayağa qalxdı, bu məkrli plan baş tutmadı, Sürix protokollarıyla birgə hara lazımdırsa ora da getdi. 

Bu planın məkrliliyini daha yaxşı anlmaq üçün 1899-cu ildə işə salınan elə həmən o Tiflis-Gümrü-Qars dəmir yolu xəttinin hansı məqsədlə çəkilməsinə diqqət yetirmək gərəkir. Onu ikinci Nikolay çəkdirmişdi. Məqsəd də Türkiyəni Qarsadan başlayaraq İstanbula qədər Rusiyaya birləşdirmək idi. Bəli, Tiflis-Gümrü-Qars dəmir yolu xətti ilk növbədə hərbi-siyasi məqsədlərə xidmət edirdi. Burada Türkiyəylə Rusiyanı birləşdirən yoldan yox, Türkiyəni Rusiyaya birləşdirmək yolundan söhbət gedirdi və bu plandada ən mühüm yer haylara ayrılmışdı.
Plan alınmadı. Rusiya birinci dünya savaşında uduzdu, inqilab baş verdi. Sonra SSRİ yardıldı. SSRİ-nin yaradılmasıyla da Güney Qafqazın xəritəsini dəyişdirərək Zəngəzurun böyük bir hissəsini Azərbaycandan qoparıb Ermənistan etdilər. Azərbaycanla Türkiyə arasında hay anklavı yaratdılar. Bununla da təkcə Azərbaycanı Türkiyəylə deyil, Altayları Anadoluyla birləşdirən zəncir qırıldı.

Bu gün pollad qollarla həmin zəncir yenidən birləşdirilir. Gürcüstan üzərindən birləşdirlir. Onu Böyük Heydər Əliyevin oğlu cənab İlham Əliyev edir. Üç böyük türk dövlətinin böyükləri-Azərbaycan, Türkiyə və Qazaxıstan prezidentləriın liderləri bu Birlik gününün önəmini vurğulamaq üçün bu gün Bakıda bir araya gəlirlər. Təbriklər, cənab Prezident, Siz bunu bacardınız, Dünya Azərbaycanlılarının İkinci Qurultayında verdiyiniz vədə əməl edərək Bakı-Tiflis-Qars dəmir yolu xəttini çəkdirdiniz! 

Elə həmən qurultaylardan birində demişdiniz gərək ki, bizim kiçik deyil, 50 milyonluq bir xalq olmağımızı. Elədir, belə böyük bir layihəni əksər güc mərkəzlərinin o qədər də ürəklərindən olmamamasına baxmayaraq ancaq böyük bir Xalqın Oğulu reallaşdıra bilərdi. O Xalq bizik, o Oğul sizsiniz!

Sahib ALIYEV,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Kataloniya- biz hamımızıq!” – FOTO

Read Next

Deputatlarımız Avronest PA-nın plenar iclasında iştirak edirlər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir