” O zaman nəyə lazımsınız, onda sizə nə ehtiyac var?” – KOMİTƏ SƏDRİNDƏN MİNSK QRUPUNA KƏSKİN ETİRAZ

Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri, 1996-2015-ci illərdə Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü Eldar İbrahimov Qarabağ münaqişəsinin həlli ilə bağlı fəaliyyətsizliklərinə görə, beynəlxalq qurumları sərt tənqid edib.

O, xüsusilə də, ATƏT Mink qrupunu və həmsədrləri fəaliyyətsizlikdə, münaqişənin həllinə laqeydlikdə, biganəlikdə ittihamlayıb.

Etikxeber.az-ın xəbərinə görə, millət vəkili bildirib ki, Minsk qrupunun tərkibi də dəyişdirilməlidir.

“Mən özüm  Azərbaycanı iyirmi il ATƏT Parlament Assambleyasında etmişəm. Ancaq hesab edirəm ki, ATƏT-in Minsk qrupu və digər təşkilatlar hamısı boş şeylərdir. Bu təşkilatlarda, sadəcə, ona görə iştirak etməliyik ki, sözümüzü deyə, çatdıra bilək. Diqqət edin, Minsk qrupunun həmsdərləri deyirlər ki, hər iki ölkənin – Azərbaycan və Ermənistanın rəhbərləri özündə siyasi iradə tapsın, danışsınlar, biz də razılaşaq.

Əvvəla, razılaşacaqlarsa, onda sizə nə ehtiyac, siz nəyə lazımsınız? İkincisi, Azərbaycan pezidentinin siyasi iradəsi var, öz sözünü deyir, ermənilər isə qaçır, minbir fitnəkarlıqla prosesdən yayınırlar. Minsk qrupunu da  yaradıblar ki, məsələni həll etsin. Əgər bu təşkilat Qarabağ məsələsini həll edə bilmirsə, problemi ölkə rəhbərlərinin ixtiyarına buraxırsa, onda belə bir qurum nəyə lazımdır?

eldar-2

Şəxsən belə hesab edirəm ki, Minsk qrupunun tərkibi də dəyişdirilməlidir. İldə bir dəfə hansısa ölkənin xarici işlər naziri sədr olur, regiona səfər edir, qayıdır. Amma həmin ikinci dərəcəli müavinlər isə biganədirlər. Yaxşı yadımdadır, “Daşnaqsütyun” Partiyasının sədri  ATƏT Parlament Assambleyasının sessiyasında iştirak edirdi. Mən bir dəfə ona dedim ki,  torpaqlarımızı işğal etmisiniz, bəs niyə öz adamlarınızı həmin torpaqlara köçürmürsünüz? Dedim ki,  sizin heç İrəvanda adamınız qalıb ki, Qarabağa da kimisə yerləşdirəsiniz?  Bilirsiniz, ermənilərin, sadəcə, torpaq xəstəliyi var və onlar əsrlərdir bu xəstəlikdən qurtula bilmirlər.

Ancaq mən çox inanıram ki, gec-tez İlham Əliyevin siyasəti nəticəsində torpaqlarımızı işğaldan azad edəcəyik. Burada ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik.  Qarabağ bizimdir və bizim olacaq. Bu məsələnin həlli  də yaxınlaşdıqca, çox təəssüflər olsun ki, Azərbaycanı həm xaricdə, həm daxildə istəməyən qüvvələr hərəkətə keçirlər. Təxribatla, düşmənçiliklə məşğul olurlar. Ancaq bir daha bəyan edirəm ki, Azərbaycan dövləti bütün bu təxribatların qarşısını alacaq, torpaqlarımız işğaldan azad edilcək.  Azərbaycanlılar mütləq öz tarixi torpaqlarına qayıdacaqlar. Buna tam ənim ola bilərsiniz. Çünki buna Azərbaycan dövlətinin gücü də, Azərbaycan prezidentinin iradəsi də var…”-deyə, E. İbrahimov sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Sağlam ana sağlam uşaq, sağlam uşaq cəmiyyətin sağlamlığı, gələcəyi deməkdir…” – MİLLƏT VƏKİLİ REPRODUKTİV SAĞLAMLIQLA BAĞLI SƏNƏDİN QƏBULUNU VACİB SAYIR

Read Next

Zəlzələ – BU DƏFƏ MASALLIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir