Öldürülən silahlı “Qafqaz İmarəti” qruplaşmasının yerli qolunun başçısı olub

Dağıstanda öldürülən silahlı Rüstəm Aselderov “Qafqaz İmarəti” qruplaşmasının yerli qolunun başçısı olub.

Etikxeber.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin saytında bildirilir.

Məlumata görə, hadisə yerindən çoxlu sayda silah-sursat götürülüb.

Polis və dinc sakinlər arasında yaralanan olmayıb.

Rüstəm Aselderovun Rusiya ərazisində törədilə bir çox terror aktlarının təşkilatçısı olduğu bildirilir.  O, həmçinin 2013-cü ilin dekabrın sonunda Volqoqradda dəmir yolu vağzalı və trolleybusda 34 nəfərin ölümü və 78 nəfərin yaralanması ilə nəticələnən partlayışların təşkilatçısı olub.

Etikxeber.az

Read Previous

Xəzərdə üzən ruhlar

Read Next

Özbəkistanda prezident seçkiləridir…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir