“Ölkə prezidenti mənim də kiçik zəhmətimi qiymətləndirdi…” – BABA VƏZİROĞLU

Ölkə Prezidenti hər kəsi diqqətdə saxlayır. Mənim ad günü kim bilə bilərdi ki?! Yaxınlarım, dost tanışım…Amma cənab Prezident hər kəsi diqqətdə saxlayır və mənim də kiçik zəhməti qiymətləndirdi. Buna görə minnətdarlığımı ifadə edirəm.

Etikxeber.az xəbər verir ki, bunu Prezident İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif olunan 66  yaşlı nasir, şair, tərcüməçi, kinodramaturq, Əməkdar incəsənət xadimi  Baba Vəziroğlu ATV kanalında “Zaurla Günaydın” verilişində dilə gətirib.

“Cənab Prezident hələ bir neçə il öncə gözəl bir söz işlətmişdi ki, mən hər bir azərbaycanlının Prezidenti olacam. Zaman göstərdi ki, bu, doğrudan da belədir, cənab Prezident harada yaşamasından, kim olmasından asılı olmayaraq, hər bir azərbaycanlının Prezidentidir…”-deyə, o, sözlərinə əlavə edib.

Qeyd edək ki, B. Vəziroğlu 1954-cü ilin yanvarın 10-da İsmayıllı rayonunda anadan olub.

Etikxeber.az

Read Previous

Daha iki bitərəf millət vəkili-DEPUTATLIĞA NAMİZƏD OLDU…

Read Next

İran təyyarənin vurulduğunu etiraf etdi, RUHANİ SÖZ VERDİ, ZELENSKİ ŞƏRT QOYDU – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir