“Ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın dərinləşməsi üzrə birgə səylərimizi davam etdirməyə hazır olduğumuzu bir daha təsdiqləyirəm”-JARAPOV ƏLİYEVİ TƏBRİK ETDİ

Qırğız Respublikasının Prezidenti Sadır Japarov seçkilərdə inamlı qələbə qazanması münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Etikxeber.az xəbər verir ki, Qırğızıstan Prezidenti məktubunda qeyd edib:

“Seçkilərdə qələbəniz Azərbaycan xalqı tərəfindən Sizin fədakar əməyinizə və dövlət suverenliyinin möhkəmləndirilməsi, əhalinin rifah halının yüksəldilməsi, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev tərəfindən əsası qoyulmuş müstəqil və açıq xarici siyasətin davam etdirilməsi üzrə Sizin səylərinizə hörmətin və dəstəyin bariz nümunəsi oldu”.

Sadır Japarov hazırda strateji xarakter daşıyan Qırğızıstan-Azərbaycan dostluq münasibətlərinin inkişafına Prezident İlham Əliyevin şəxsi töhfəsinin onların ölkəsində yüksək qiymətləndirildiyini bildirib.

“Ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın dərinləşməsi üzrə birgə səylərimizi davam etdirməyə hazır olduğumuzu bir daha təsdiqləyirəm”, – deyən S.Japarov dövlətimizin başçısına möhkəm cansağlığı, Azərbaycanın rifahı naminə ali dövləti fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Etikxeber.az

Read Previous

İkinci Vətən Müharibəsinin, “Qisas” əməliyyatının iştirakçısı, ailənin dörd övladından biri, Gizir-UCARLI ANTİTERROR ŞƏHİDİ HÜSEYN MÜSTAFAYEVİN BU GÜN CƏNNƏTDƏKİ İLK DOĞUM GÜNÜDÜR, 35 YAŞI TAMAM OLUR… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Evin-ailənin üç övladından biri, tək və subay oğul, peşəkar hərbçi, beş medal və bir ordenli, Cənnətdəki dördüncü doğum günü olan-ŞAMAXILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ŞİRXAN XAMƏMMƏD OĞLU XAMƏMMƏDOV… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir