Ombudsmanın hesabatı Milli Məclisin 7-ci – 24 aprel tarixli iclasının müzakirəsinə-ÇIXARILACAQ – YENİLƏNİB – (1)

İnsan hüquqları üzrə Müvəkkilin (Ombudsmanının) illik hesabat məruzəsi artıq parlamentə və İnsan hüquqları komitəsinə daxil olub.

Etikxeber.az-ın xəbərinə görə, hesabat məruzəsi 6-cı çağırış Milli Məclisin (MM) növbəti-7-ci iclasına çıxarılmazdan öncə MM-in İnsan hüquqları komitəsində geniş müzakirələrdən keçiriləcək.

Zahid Orucun rəhbərlik etdiyi İnsan hüquqları komitəsi hesabatla bağlı müzakirələr apardıqdan sonra onu MM-in plenar iclasına tövsiyə edəcəklər.

Qeyd edək ki, hesabatla ilk dəfə olaraq yeni-ikinci Ombudsman Səbinə Əliyevə çıxış edəcək.

O, 2019-cu ilin payızında-5-ci çağırış MM-də 3 nəfərin arasından Ombudsman seçilib və ölkə Prezidenti tərəfindən təsdiqləndikdən sonra vəzifəsinin icrasına başlayıb.

Onu da qeyd edək ki, S. Əliyeva sabiq vitse-spiker və keçmiş səfir Yaşar Əliyevin qızı, millət vəkili Siyavuş Novruzovun həyat yoldaşıdır.

MM-in İnsan hüquqları komitəsinin və plenar iclasın nə vaxt keçiriləcəyinə gəlincə isə hələlik bununla bağlı qırar verilməyib.

İclas(lar)ın bu həftə və ya gələn həftə keçirilməsi gözlənilir.

08:50

***

MM-dən son anda əldə etdiyimiz məlumata görə, parlamentin növbəti-7-ci plenar iclası aprelin 24-də keçiriləcək.

İnsan hüquqları komitəsinin iclası isə sabah 11:00-da və əvvəlki formatda (onlaynsız) keçiriləcək.

Bütün komitə üzvləri iclasa qatılacaq və iclasda S. Əliyevanın məruzəsi dinləniləcək, onun ətrafında müzakirələr aparılacaq.

Müzakirələrin yekununda isə Ombudsmanın hesabatı MM-in ayın 24-də gözlənilən iclasına tövsiyə olunacaq.

09:19

***

MM-in ayın 24-də iclasının olacağı parlamentin Mətbuat Xidməti tərəfindən də təsdiqlənib.

Bu haqda MM-in Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

Qeyd edib ki, 24 aprel iclasının gündəliyinə 27 məsələ daxil edilib və ilk məsələ də Ombudsmanın illik hesabatıdır.

Etikxeber.az

Read Previous

“Gəlsinlər pul qoysunlar, yoxsa hazır vəziyyətdə gəlməyi hər kəs istəyər, gəl pul qoy, istehsal et, ötür ümumi sistemə və öz biznesini genişləndir…”- PREZİDENT – FOTO – YENİLƏNİB – (1)

Read Next

Hicran Hüseynovanın “komitəsi”ndə-BİR NEÇƏ MƏSƏLƏ MÜZAKİRƏ OLUNDU VƏ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir