“Onlar icazəsiz ayaq yoluna da getmirlər…” – NATİQ CƏFƏRLİDƏN ƏLİ KƏRİMLİ TƏRƏFDARLARINA SƏRT SÖZLƏR

Hökumət saytları yalandan məlumat yaydılar ki, güya, mən MSK-ya şikayəti gec vermişəm, seçkiyə hakimiyyət qədər olmasa da, amma ziyan vuran müxalif adlanan qanad da zuyu çalmağa başladı. Video-foto və sənədlərlə dolu olan şikayətimə bu gün baxacaq. Sadəcə, bu xəbəri mənə dünən səfərə çıxan kimi çatdırdılar – gecə saat 20:15-də, mən ölkəni cəmi 1 günlük çox vacib görüş üçün tərk edən kimi veriblər (qəsdən ediblər). MSK nümayəndəsi gecə zəng etdi və mən onlardan prosesi 24 saat ertələməyi tələb etsəm də, dedilər vaxtında baxılacaq. Amma olsun, MSK-nın qərarını məhkəməyə daşıyacağıq.Gəldiyim görüşün də mövzusu seçkidir, bu rəzalətə ciddi beylənxalq qiymətin verilməsi üçündür.

Etikxeber.az xəbər verir ki, bunu “REAL”-ın rəhbərlərindən biri, 12 saylı Dairədən deputatlığa namizəd Natiq Cəfərli bildirib.

“Son günlər hörmətli Əli bəyin nəzarətində olan internet kanalları üzərimizə çirkab axadırlar, təhqir edirlər. Mən dəqiq bilirəm ki, onlar icazəsiz ayaq yoluna da getmirlər, yəni, proses bir mərkəzdən idarə olunur. Ayrı-ayrı bu qarayaxmalara cavab verməyə lüzum görmürəm – özləri zaman seçsinlər, ya 5-ci, ya 6-cı, lap elə bazar günü istənilən öz internet kanallarında hamısı yığışsın debata, əlimdə olan sənədlərlə, sübutlarla tək cavablarını verim, bütün suallara aydınlıq gətirim. Əsl siyasət budur, əl çəkin qarayaxmadan, yalandan, üfunət saçmaqdan, yığışın bir yerə, tək cavabınızı verim. Bağıra bilərsiz, amma danışmağa ağıl lazımdı. Gözləyirəm”-deyə, o, əlavə edib.

Qeyd edək, Mərkəzi Seçki Komissiyası (MSK) həmin dairədən böyük əksəriyyətin tanımadığı 27 yaşlı Səbinə Xasayevanı qalib elan edib.

Etikxeber.az

Read Previous

Vəzifəli şəxslərindən 845 nəfərinə töhmət və ya şiddətli töhmət verilib, 793 nəfərə-XƏBƏRDARLIQ EDİLİB

Read Next

“UKRAYNA PARLAMENTİ DOĞRU QƏRAR VERMƏLİDİR!” – Politoloq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir