“Onları millət vəkillərindən daha çox tənqid edirəm…” – MTRŞ-İN SƏDRİ

Teleseriallardan Türkiyə büdcəsinə ildə 350 milyon dollar vəsait daxil olur- NUŞİRƏVAN MƏHƏRRƏMLİ

Türkiyə telekanalların çəkdiyi teleseriallar nəinki Azərbaycanda məşhurdur, həm də dünyanın hər bir yerində maraqla izlənilir. Türk seriallarına maraqlı və baxımlı olduğuna hər bir ölkədə baxılır. Onlara maraq həddindən artıq çoxdur.

Etikxeber.az xəbər verir ki, bunu Milli Tele-Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

nusirəvan

O, qeyd edib ki, Türkiyə dövləti, Türkiyə büdcəsi ildə ən azı bu seriallardan 350 milyon dollar pul qazanır, qazanc əldə edir:

“Bu, az, balaca rəqəm deyil. Bizdəki seriallara gəlincə, onlar haqqında bunu heç cür söyləmək mümkün deyil. Özünüz də bilirsiniz ki, teleseriallar bağlı kanallara büdcədən vəsaitlər belə ayrılır, amma hələ də istənilən nəticə yoxdur. Mən bu yöndə, eləcə də, digər məqamlarla bağlı telekanallara öz narazılığımı bildirirəm. Hətta, onları millət vəkillərindən də daha çox tənqid edirəm. Bəzən deyirəm ki, sizə görə bizə söz gəlir, biz sizin yerinizə cavab verməli oluruq. Ancaq onları da anlamaq lazımdır. Onların da haqlı arqumentləri var”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Özəl kanallar bədii şuralara dırnaqarası baxırlar – NUŞİRƏVAN MƏHƏRRƏMLİ – YENİLƏNİB

Read Next

“Bu işlər İlham Əliyevin xidmətləri ilə bağlıdır” – ZİYAD SƏMƏDZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir