“Onun düşüncələri digər dövlət başçılarından xeyli fərqlənir…”-KAMAL LAÇINOV YAZIR

Bu gün yaşadığımız dövlət hər kəsin arzusunda olduğu, lakin bir çoxlarına qismət olmayan bir cənnət məkandır.

Azərbaycanlıyam sözünü demək insanda yüksək səviyyədə qürur və şərəf hissini əks etdirir.

Bu dövlətin vətəndaşı olmaq hər bir azərbaycanlı üçün fəxrdir. Bunun əksini düşünmək belə olmaz.

Gənc olmağıma baxmayaraq bu gün bir çox yaşlı insan kimi torpaq, vətən, el-oba nə deməkdir çox gözəl anlayıram.

Bu, mənə həyata gələndən bu yaşımadək ruhuma aşılanmışdır. Dövlətimizin günü gündən qüdrətlənməsini, iqtisadiyyatının inkişafını, hərbi sahəsinin tərəqqisini gördükdə anlayırsan ki, vətən nə deməkdir, bu yurdun parçası olmaq insana hansı duyğuları yaşadır. Respublikamızın bu gün belə sürətlə inkişafının təməlində yalnız bir amil vardır, cənab Prezidentimiz İlham Əliyev. Damarlarında sərkərdə, zadəgan qanı daşıyan İlham Əliyev bu günümüzdə elə nəaliyyətlərə imza atmışdır ki, saymaqla bitməz.

Ən başlıca illərdir vətənimizin yaralı yeri, qırılmış qanadı olan Qarabağın işğaldan azad edilməsi bizim ən böyük qürur yerimizdir. 30 ilə yaxındır həsrəti ilə yaşadığımız torpaqları Prezidentimiz siyasi-iqtisadi düşüncələri sayəsində geri qaytarmağa nail olmuşdur. Türkiyənin mənəvi dəstəyi ilə  Azərbaycan Ermənistanı məğlub etdi, işğala son qoydu. 44 günün hər günü şanlı tarixdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi.

Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın. Qazanılan zəfərimiz bütün dünyaya səs saldı. Azərbaycan xalqı Qələbəni 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi.

Bizim gücümüz birliyimizdədir. Yumruq kimi bir olaraq, əzmlə düşmın üzərinə yeridik. Haqqımız olanı geri qaytardıq. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Məhvdə olacaq. Onun idarəçiliyi ilə bu günümüz, sabahımız, təminat altındadır. İlham Əliyev özündə ən ali xüsusiyyətləri cəmləmişdir. Onun düşüncələri digər dövlət başçılarından xeyli fərqlənir. Prezident İlham Əliyev Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir.

Prezident İlham Əliyev ölkədə İnsan haqları və azadlıqlarının daha dolğun təmin olunmasını daim diqqət mərkəzində saxlayır. O, Heydər Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi kursunu uğurla həyata keçirir. O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir.

İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır.

Bunun əsas sübutu respublikamızın bugünkü real vəziyyətidir.

Hazırda yoxsulluq dərəcəsi sıfıra bərabər olan, işsizliklə bağlı problem yaşamayan bir dövlətin vətəndaşıyıq.

Bunun üçün hər zaman Ali Baş Komandanımıza minnətdarıq.

Var olun, cənab Prezident İlham Əliyev! Yaşasın, Azərbaycan!

Kamal LAÇINOV

Etikxeber.az

Read Previous

Millət vəkilinin iştirakı ilə ölkə Prezidentinə həsr olunmuş-VİDEOKONFRANS KEÇİRİLDİ – FOTOLAR

Read Next

“Bu, Qələbə,Əzmkarlıq, “Dəmir Yumruq”büdcəsidir”-JALƏ ƏLİYEVA ZƏRDAB VƏ UCARIN PROBLEMLƏRİNİ DİLƏ GƏTİRDİ, ONLARIN HƏLLİNİ TAPMASINI HÖKUMƏTDƏN XAHİŞ ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir