Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının bir sıra ölkələrin opera və balet teatrları ilə qarşılıqlı əməkdaşlıq əlaqələri davam edir. Belə ki, yaxın günlərdə Azərbaycan Opera və Balet Teatrının aparıcı solisti Əməkdar Artist Afaq Abbasova qarşılıqlı mədəni əlaqələr çərçivəsində Belarusun Minsk şəhərinə qastrol səfərinə yollanacaq.
Teatrın mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, aktrisa noyabrın 5-də Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının truppası ilə birlikdə italyan bəstəkarı R.Leonkovallonun “Payatsı” operasında Nedda partiyasını ifa edəcək.
Qeyd edək ki, A.Abbasova ötən il Minskdə keçirilən Beynəlxalq Milad Festivalında ölkəmizi uğurla təmsil edib.
Etikxeber.az