Özümü bakılı sayır və Milli Məclisin üzvü kimi hiss edirəm – BİNƏLİ YILDIRIM MM-DƏ ÇIXIŞ ETDİ – FOTOLAR

Mən qarşınızıda xitab edərkən, özümü Azərbaycan Milli Məclisinin üzvü kimi hiss edirəm. Mən Türkiyə parlamentində İzmiri təmsil edirəm, eyni zamanda, İzmirlə Bakı 1985-ci ildən qardaşlaşmış şəhərlərdir. Mən arazımızdakı qardaşlıq hüququna dayanaraq, özümü həm də bakılı sayıram.

Etikxeber.az  xəbər verir ki, bunu hazırda öz işini davam etdirən Milli Məclisin (MM) xüsusi və təntənəli iclasında çıxışı zamanı Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım deyib.

Onun bu sözləri millət vəkilləri tərəfindən böyük alqışlarla qarşılanıb.

Yıldırım sonra çıxışında Xalq şairi Sabir Rüstəmxanlının vətənə həsr etdiyi şeirindən bir bəndi söyləib.

O, çıxışında Türkiyə-Azərbaycan qardaşlığı və dostluğunun tarixindən qısaca bəhs edərək deyib ki, Azərbaycanın bugünkü inkişafında MM-in də rolu danılmazdır:

yilllllll

“Azərbaycan tarixində ikinci dəfə-1991-ci ildə öz siyasi istiqlaliyyətinə qovuşduqdan sonra böyük bir inkişaf və iqtisadi yüksəliş gerçəkləşdirib. Bakının küçələrində gəzərkən bu fərqi görmək mümkündür”.

TBMM-in sədri çıxışı zamanı dövlət başçısı- mərhum Heydər Əliyevin və Azərbaycan prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın əldə etdiyi inkişafın Cənubi Qafqazlarda sülhə və inkişafa böyük təsir göstərdiyini də xüsusilə vurğulayıb.

“Türkiyə tarixin hər dönəmində Azərbaycanın yanında olub, öz milli mücadiləsini verdiyi illər də daxil olmaqla, Aərbaycanın müstəqilliyini hər zaman dəstəkləyib. Zaman-zaman bir-birimizdən uzaq düşsək də, bağlarımız, əlaqələrimiz heç qopmadı”-deyə, Yıldırım sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

Məmmədyarov ABŞ-a getdi…

Read Next

Azərbaycanın dəstəyini heç vaxt unutmayacağıq – KÜVEYT PARLAMENTİNİN SPİKERİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir