Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Millət vəkili Bəhruz Məhərrəmov növbəti dəfə seçicilərinə müraciət edib.
Etikxeber.az-ın xəbərinə görə, belə ki, millət vəkili sosial şəbəkə hesabındakı müraciətində bunları qeyd edib:
“Mənə bəzi səhifələrdən paylaşımlar göndərirsiz və bəzilərinin barəmizdə yazdıqları fikirlərdən narahatlığınızı ifadə edirsiz. Diqqətiniz üçün təşəkkürlər, çox sağ olun, lakin inanın, yararsız və qeyri-ciddi şeylərə görə vaxt itirməyə və narahatlıq keçirməyə dəyməz. Qarşımızda ciddi işlər var, həqiqətən həll ediləsi və illərdən bəri yığılıb qalan xeyli problem var. Şəxsən mən bu aralar əsas diqqətimi seçicilərdən gələn müraciətlərin araşdırılmasına yönəltmişəm. Bilirsiz ki, yumşalma tədbirlərinə baxmayaraq karantin rejimi hələ də davam etdiyi üçün canlı görüşlərimiz hələki mümkün olmur. Lakin bu o demək deyil ki, seçici karantinin sonunu gözləməlidir.
Müraciətləriniz, şikayət və təklifləriniz tərəfimdən qəbul edilməkdədir, Məsələn, bu gün seçilərimdən rəsmi qaydada Milli Məclisə daxil olmuş şikayətlərin növbəti partiyasını təhlil edib qruplaşdırararaq Prezident Adminstrasiyasının 2 şöbəsinə, Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “Azərsu” ASC, habelə Biləsuvar rayon İcra Hakimiyyətinə müraciət etdik. Habelə vətəndaşları maraqlandıran bir neçə məsələ üzrə Kapital Bank və AccessBanka xahiş məktubu göndərdik. Eyni zamanda, gün ərzində vətəndaşlarla 16 telefon danışığımız, habelə sosial şəbəkə üzərindən 30-dan çox seçici ilə yazışmamız həyata keçirilib.Sonda, sizdən də xahişim budur ki, özünüzü qoruyun, sosial məsafəyə diqqət edin, elə edək ki, pandemiyanın ikinci dalğası bizi vurmasın, karantin rejimi də ən qısa müddətdə tam başa çatsın və normal həyat tərzimizə geri dönək”.
Etikxeber.az