Pandemiya…və millət vəkilləri…-KAMİL HƏMZƏOĞLU YAZIR

Bu ilin, 20-20-nin əvvəllərindən, yanvar-fevral aylarından dünyanı qəfil yaxalayan acımasız və dəhşətli (hələ də davam edir) koronavirus bəlası ölkəmizdən də yan keçmədi, keçməyib…

Bu, həm də yeni-gözlənilməz, fərqli situasiya idi…

Hər kəsdən, xüsusilə, idarəçilərdən, millət vəkillərindən ikiqat, üçqat fəqli yanaşma tələb edirdi…

Çünki mart ayından ölkəmizdə tətbiq edilən xüsusi və sərt karantin rejimi ilə demək olar ki, insanların, ölkə əhalisinin işlək, qazanc gətirən hissəsinin 80-90 faizi işlərini dayandırmışdı, dayandırmağa məcbur olmuşdu…

Odur ki, bu fərqli, gözlənilməz və çətin situasiya hər kəsdən, xüsusilə, səlahiyyətlilərdən, xalqın elçisi olan milllət vəkillərindən xüsusi həssaslıq, xüsusi yanaşma ortaya qoymasını zəruri edir və şərtləndirdi…

Millət vəkillərinin üzərinə düşən vəzifə, missiya daha çətin idi, seçicilərlə bu zor şərtlər daxilində bir araya gəlmək, onların problemlərini dinləmək, həll etmək, nazrazı salınmalarına imkan verməmək və sair kimi tələblər ortadaydı…

Bəri-başdan heç kimin, 121 millət vəkilinin (artıq 120-dir, mərhum Fəttah Heydərov bir müddət öncə dünyasını dəyişib) heç birinin haqqına girmək istəməzdim…

Son 7 ayda onların demək olar ki, hər biri özlərinin fəaliyyətini pandemiyanın yaratdığı zor şərtlər daxilində qurmaq üçün bu və ya digər dərəcədə səy, çaba göstərib…

Heç birinin əməyini, zəhmətini, səylərini danmaq olmaz…

Amma həm ötən dönəmlərdə, həm də bu 7 aylıq dönəmdə xüsusi fəallıqları ( və nisbətən qeyri-fəallıqları) ilə seçilənləri də obyektiv şəkildə qeyd etmək, qiymətləndirmək lazımdır…

Çünki bəzi media quruluşlarında və sosial şəbəkə paylaşımlarında şəxsi hisslərdən, yanaşmalardan irəli gələrək, bir sıra yanlışlıqlara, haqsızlıqlara yol verildiyi görünməkdədir…

Odur ki, ötən müddət ərzində gördüklərimi, müşahidə etdiklərimi, şahidi olduqlarımı obyektib (nə dərəcədə nail ola biləcəm, onu deyə bilmərəm) yazmağa, qeyd etməyə çalışacağam…

Ötən müddət ərzində hər kəs də təsdiqləyə bilər ki, stajlı-köhnə, eləcə də gənc, yeni millət vəkillərindən fərqlənənlər arasında spiker Sahibə Qafarova, vitse-spiker Adil Əliyev, Qənirə Paşayeva, Bəhruz Məhərrəmov, Jalə Əliyeva, Aydın Mirzəzadə, Naqif Həmzəyev, Musa Quliyev, Pərvin Kərimzadə, Fazil Mustafa, Fatma Yıldırım, Əminə Ağzadə, Eldar İbrahimov, Tahir Rzayev, Azər Badamov, Sahib Alıyev, Məlahət İbrahimqızı, Ziyad Səmədzadə, Musa Qasımlı, Sabir Rüstəmxanlı, Fəzail Ağamalı, Azay Quliyev, Qüdrət Həsənquliyev, Şahin Seyidzadə, Aqil Abbas və digərləri var.

Onlar həm pandemiya dövründə seçiciləri ilə əyani-canlı və qiyabi şəkildə (videoqəbullar, videogörüşlər formatında…) görüşüblər, onlara mənəvi və maddi dəstək nümayiş etdiriblər, həm sosial şəbəklərdə fəallıq göstəriblər, həm də parlamentdə-plenar iclaslarda və komitə iclaslarında insanları maraqlandıran, narahat edən məsələləri dilə gətiriblər…

Bu yerdə onu deyim ki, bəzi millət vəkilləri təbliğatdan-həm sosial şəbəkələrdə, həm mediada görünməkdən xoşlanmadıqları, bəziləri isə ümumən sosial şəbəkələr və media ilə münasibətlərini düzgün qura bilmədikləri, buna cəhd etmədikləri üçün onların ötən dönəmdəki (xüsusilə, seçiciləri ilə bir arada olub-olmamaları) fəaliyyətləri ilə də bağlı fikir yürütmək bir qədər çətinləşir, qəlizləşir…

Çünki bilmədən və istəmədən kiminsə fəaliyyətinə kölgə salmaq düzgün olmaz…

Amma millət vəkilliyi həm də siyasi vəzifədir, statusdur və buna görə neçə yaşında, hansı statusda olmasından asılı olmayaraq, hər bir deputat dövrün şərtləri ilə ayaqlaşmağı bacarmalı, sosial şəbəklərdə olmalı və media ilə münasibətləri kaprizsiz, normal şəkildə tənzimləməli, qurmalıdır…Bu, ilk növbədə onların özünə lazımdır…

Məsələni konkretləşdirməli olsam, spiker Sahibə Qafarova dəfələrlə seçildiyi rayonun rəhbər şəxslərinin də yaxından iştirakı əsasında seçiciləri ilə videoqəbullar keçirib, onların istəklərini, problemlərini dinləyib və problemlərin, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımlar atıb…Bu məqamlar KİV-lər tərəfindən də işıqlandırılıb, insanlara çatdırılıb, həmçinin, özünün sosial şəbəkə hesabında yer alıb… S. Qafarova həm spiker kimi 7 aylıq fəaliyyəti dövründə, həm də bütövlükdə millət vəkili kimi fəaliyyətində müsbət-özünəməxsus nümunəsi, yanaşması ilə seçilib…

Seçildiyi gündən, son 15 ildə hər zaman seçicisinin yanında olan, onun qayğıları ilə yaşayan vitse-spiker Adil Əliyev bu dönəmin də ən fəallarından biri olub…

Qənirə Paşayeva…Görünən kəndə necə deyərlər, bələdçi lazım deyil…Hər günü, hər anı seçiciləri ilə bağlıdır…İyul hadisələri zamanı, həmin çətin və həssas günlərdə də Q. Paşayevanın öz bölgəsində, Tovuzda olması, hətta səhhətində problemər yaranması hər kəsə bəllidir…O, ümumiyyətlə, hər zaman ( o cümlədən, bu dönəmdə) həm seçiciləri ilə əyani və qiyabi şəkildə bir araya gəlib, onların problemlərinə, qayğılarına yardımçı olub, həm də sosial şəbəkə hesabında, MM-in plenar və komitə iclaslarında seçicilərinin istəklərini ən çox dilə gətirən deputatlardan biri olub…

Əvvəlki dönəmlərdə olduğu kimi, son 7 aylıq dövrdə seçiciləri ilə həm qiyabi, həmçinin, daha çox əyani şəkildə bir araya gələn, onları qəbul edən, dinləyən, mənəvi və maddi dəstək göstərən, parlamentdə qayğılarını səsləndirən millət vəkilləri, ilklər, birincilər arasında olanlardan biri də-92 saylı Zərdab-Ucar Seçki Dairəsinin təmsilçisi Jalə Əliyevadır…Pandemyanın hələ ilk günlərindən, ilk dəqiqələrindən J. Əliyeva seçildiyi Dairəyə baş çəkib, həm Zərdabda, həm də Ucarın 3 kəndində seçiciləri ilə bir arada olub, onlara gərəkən hər bir köməkliyi göstərib, sosial durumu son dərəcədə ağır olan seçicilərindən birinin mənzil şəraitinin yaxşılaşdırılmasına, tamamilə yeniləndirilməsinə (bu məsələdə zərdablı iş adamları, o cümlədən, millət vəkili Elnur Allahverdiyev də yardımçı olub) müvəffəq olub…

Həmçinin, ötən dönəmdə bir neçə dəfə seçiciləri ilə videoformatda bir araya gəlib… Həm də sosial şəbəkə hesabında, parlamentin komitə və plenar iclaslarında seçicilərini, bütövlükdə ölkə vətəndaşlarını xüsusilə bu dönəmdə narahat edən məsələləri mütəmadi şəkildə dilə gətirib…Sonuncu misal kimi, millət vəkilinin MM-in Əmək və sosial siyasət komitəsinin son iclasında günün ən vacib məsələlərdən biri olan əlilliyin müəyyənləşdirilməsində süründürməçiliyin, xoşagəlməz halların davam etməsi ilə bağlı sərt çıxışını qeyd etmək olar…Millət vəkilinin fikirləri ondan sonra çıxış edən bir neçə millət vəkili də tərəfindən səsləndirilib və genişləndirilib…

Son zamanlar bəzən haqsız hücumlara və əsassız ittihamlara məruz qalan millət vəkili Aydın Mirzəzadə əvvəllər olduğu kimi, son dönəmin də hər mənada öndə gedən, aktiv olan millət vəkillərindəndir…Hər zaman seçiciləri-həm əyani, həm qiyabi şəkildə bir arada olub…Onun bütövlükdə fəaliyyətini yaxından izləmək üçün sosial şəbəkə hesabına, mediadakı çıxışlarına, o cümlədən, MM-dəki mövqe sərgiləməsinə baxmaq kifayətdir…Millət vəkili xüsusilə, pandemiyanın ağır zərbələrinə məruz qalmış sahibkarların, o cümlədən, övladları ödənişli təhsildə oxuyan valideynlərin çətin durumu ilə dəfələrlə məsələ qaldırıb, öz mövqeyini ortaya qoyub…

Hər zaman millətinin vəkili olan Zahid Oruc bu dönəmin də əsl və əsas fəallarından, aktivlərindəndir…20 illik fəaliyyəti dönəmində Bərdənin hər iki Dairəsini (müxtəlif aralıqlarla) uğurla, layiqincə təmsil edən Z. Oruc son 7 aylıq dönəmdə də hər zaman seçicisinin yanında olub, həm əyani, həm qiyabi şəkildə…Hər zaman seçicilərinin, bütövlükdə vətəndaşların üzünə qapıları taybatay açıq olub…Həm sosial-rəsmi şəbəkə hesabından, həm mətbu, həm də parlamentdəki çıxışlarından bunları bir daha görmək, izləmək olar…Əsl millət vəkili nümunəsi…

Millət vəkili Tahir Rzayev də bu dönəmdə xüsusi fəallığı ilə seçilib…Daha çox da əyani şəkildə seçiciləri, zəhmətkeş insanlarla bir arada, onların problemlərinin həllinə yardımçı olmağa çalışıb…Sosial şəbəkə hesabından da, MM-dəki və mətbuatdakı davranışlarından da bunları görmək mümkündür…

Eldəniz Səlimov…Hər zaman təvazökarlığı, etdiyi işləri gözə soxmamağı, ucuz reklam etməməyi ilə seçilib, fərqlənib…Həm sosial şəbəkə hesabında fəal olub, həm seçiciləri ilə daha çox əyani-canlı ünsiyyətə üstünlük verib, həm də mətbuatda ölkənin və seçicilərinin problemləri, qayğıları ilə bağlı fikirlərini səsləndirib, çoxsaylı açıqlamalar, şəxsi yazılarla çıxış edib…Hətta aylıq maaşının tam yarısını (pandemiyadan asılı olmayaraq) seçicilərinin, ona müraciət edən insanların problemlərinin, qayğılarının az da olsa, qarşılanmasına ayırıb…

Yuxarıda da qeyd etdiyim kimi, Gəncəni parlamentdə təmsil edən 4 millət vəkili-Musa Quliyev, Naqif Həmzəyev, Pərvin Kərimzadə Müşfiq Cəfərov (yeni deputalardandır) hər zaman olduğu kimi, bu dönəmdə də fəal, aktiv olublar…Həm seçiciləri ilə işləmələri, həm onların problemlərini, qayğılarını dinləmək və dilə gətirmək, həm də ölkə həyatını narahat edən, maraqlandıran məsələləri sosial şəbəkə hesablarında, medaia quruluşlarında və MM kuluarlarında işıqlandırmaq, müxtəlif maraqlı və önəmli təkliflər səsləndirmək baxımından seçiliblər, yadda qalıblar…

Hər zaman təvazökarlıqları, reklamdan uzaq olmaları seçilən və seçicilərinin yanında olan millət vəkilləri arasında MM-in ən stajlı deputatları-professor Eldar İbrahimovla akademik Ziyad Səmədzadəni də burada xüsusilə qeyd etmək lazımdır…Şəxsən özüm şahidiyəm ki, hər iki millət vəkili seçiciləri ilə bağlı hansı addımları atıblar və atmaqda da davam edirlər…Sosial şəbəkələrdə olmasalar da, həm mediada, həm də MM-də fəal, aktivdirlər…

Bu dönəmdə xüsusi fəallğı ilə seçilən millət vəkilləri arasında son 10 ildə Qusarı təmsil edən (yeganə qusarlı deputatdır ki, son üç dönəmdə dalbadal Qusarı MM-də təmsil edir) Azər Badamov da var…O da daha çox əyani-canlı şəkildə (bu dönəmdə) seçiciləri ilə bir arada olub…Həmçinin, sosial şəbəkə hesabında, medaiada və MM-də çıxışları, təklifləri ilə fərqlənib…

Köhnə və stajlı millət vəkillərindən Fazil Mustafa, Musa Qasımlı, Etibar Əliyev və Sabir Rüstəmxanlı da bu dövrdə xüsusi aktivlikləri, fəallıqları ilə seçiliblər…Həm sosial şəbəkə hesablarında, həm MM-də, həm mətbuatda yetərincə görünüb, fəallıq nümayiş etdirib, ən vacib və aktual məsələlərlə, problemlərlə bağlı çıxış edib, təklif irəli sürüb, həll yollarını göstəriblər…Həmçinin, seçicilərinə maddi və mənəvi dəstək, onlarla bir arada olmaq baxımından yaxşı mənada seçiliblər…

Stajlı millət vəkillətrindən Sahib Alıyev, Kamilə Əliyeva, Məlahət İbrahımqızı, Fəzail Ağamalı və başqa bir neçə millət vəkili əvvəllər olduğu kimi, bu dönəmdə də fəal, aktiv olublar…Həm seçiciləri ilə əyani və qiyabi şəkildə ünsiyyətdə olublar, həm sosial şəbəkə hesablarında aktivlik göstəriblər, həm də mətbuatda və MM-də fəallıqları ilə seçiliblər…F. Ağamalı, S. Alıyev və M. İbrahimqızı mətbuatda və sosial şəbəklərdə ən aktiv olan deputatlardan, xüsusi fərqlənənlərdəndir… Daim təvazökarlığı ilə seçilən K. Əliyeva gördüyü işləri dilə gətirməyi xoşlamasa da, daim seçiləri ilə ünsiyyətdə olub, onların qayğılarının qarşılanmasına, mediada işıqlandırılmasına çalışıb…

Hər zaman millət vəkilinin olanlar-Vahid Əhmədov və Əli Məsimli haqqında da elə bilirən ki, geniş, uzun-uzadı danışmağa ehtiyac yoxdur…Son 15 ildə hər ikisi əsl millət vəkili, əsl deputat nümunəsi sərgiləyiblər, axır 7 ayda da həmçinin…

Aqil Abbas, Tahir Kərimli, Hikmət Babaoğlu, Elşən Musayev, Aydın Hüseynov, Əli Hüseynli, Sevinc Fətəliyeva, Tahir Mirkişili, İlham Məmmədov, Səməd Seyidov, son ayların ən çox tənqidlərinə tuş gələnlərdən biri-Elman Nəsirov da fəallıqları ilə seçilənlərdəndir…Xüsusilə, mediada və MM-də…

Yeni millət vəkillərindən xüsusilə fərqlənənlər isə Bəhruz Məhərrəmov, Ramin Məmmədov, Əminə Ağazadə, Razi Nurullayev, Elnur Allahverdiyev Fatma Yıldırımdır…

Aktivliyi, fəallığı, işgüzarlığı ilə seçilən B. Məhərrəmov fəaliyyətinin ilk günündən seçiciləri ilə bir aradır…Necə deyərlər, bir ayağı burada, bir ayağı təmsilçisi olduğu Biləsuvarda…Elə gün olmur ki, seçiciləri ilə ünsiyyətdə olmasın, onların əyani və qiyabi şəkildə dinləməsin, onların problemlərinin, qayğılarının həllinə çalışmasın…Aidiyyatı orqanlara sırf seçicilərinin problemləri və qayğları ilə bağlı ən çox müraciət ünvanlayan millət vəkillərindəndir…Xüsusilə, bu ilin yayında susuzluqdan əziyyət çəkən iki-üç bölgədən biri olan Biləsuvarın su probleminin həlli üçün çox böyük çabalar sərf etməsi, məmurları açıq və sərt şəkildə tənqid etməsi onun fəaliyyətinin ən təqdir olunmalı məqamlarındandır…B. Məhərrəmov, ümumiyyətlə, həm sosial şəbəkələrdə, həm KİV-lərdə, həm də MM-də ən çox fəallıq göstərənlərdən, görünənlərdəndir…

Yeni və gənc miliət vəkilləri arasında xüsusi fəallığı ilə seçilənlər arasında Ə. Ağazadə F. Yıldırım da var…Ə. Ağazadə elə son bir ay ərzində bir neçə dəfə seçicisi olduğu Kürdəmir rayonunda, onun kəndlərində olub, seçicilərini maraqlandıran, narahat edən məsələləri dinləyib, yazılı şəkildə-həm media, həm də sosial şəbəkə hesabı vasiyəsi ilə aidiyyatı qurumları ünvanlayıb…Ümumiyyətlə, həm sosial şəbəkəd, həm də medaiada fəallıq göstərənlərdəndir. Həmçinin F. Yıldırım son 7 ayda fəallığı ilə seçilən millət vəkillərindəndir, dəfələrlə həm seçiciləri arasında olub, onlara dəstək göstərib, həm də qiyabi-onlayn şəkildə onlarla daimi ünsiyyətə çalışıb…Sosial şəbəkələrdə və mediada fəallığı ilə fərqlənənlərdəndir…

E. Allahverdiyevə gəlincə bu dönəmin demək olar ki, hər mənada fəal olanlarından, seçilənlərindəndir…Bunu üçün sadəcə, sosail şəbəkə hesabına baxmaq kifayətdir…

R. Məmmədov da deputat seçildiyi dönəmdən əsl millət vəkili nümunəsi sərgiləməkdədir…Ötən 7 aylıq fəaliyyəti bunu bir daha ortyaya qoymaqda, təsdiqləməkdədir…Mütəmadi şəkildə seçiciləri ilə görüşüb-görüşür:həm əyani-həm də qiyabi şəkildə…Onların bir çox problemlərinin həllində də yaxından iştirakçı olub…

Eyni zamanda, gənc, eləcə də, yeni millət vəkillərindən Vüqar Bayramovu, Şahin Seyidzadəni, Anar Məmmədovu, Ceyhun Məmmədovu, Məşhur Məmmədovu, Afət Həsənova, Nigar Arpadaraini, Arzu Nağıyevi, Tural Gəncəliyevi göstərmək, qeyd etmək olar…Həm seçiciləri ilə ünsiyyətdə, onlara dəstək olmağa çalışmaları, həm də mətbuatda və sosial şəbəklərdə aktiv olmaları ilə bağlı seçiliblər…

Bir daha qeyd etmək istərdim ki, bunlar müşahidələrim, gördüklərim, bildiklərim əsasında məndə belə bir qənatə formalaşdırıb…

Kiminsə də fəaliyyətinə qətiyyən, kölgə salmaq niyyəti yoxdur və ola da bilməz.

Hər bir kəsə də uğurlar!

12:31, 11 sentyabr

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 155 yeni yoluxma-DAHA 3 ÖLÜM…

Read Next

6 saatdan sonra-METRO FƏALİYYƏTİNİ BƏRPA EDİR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir