Parlamentdə tərif məclisi açılsaydı, çoxu məndən qabaq düşərdi – YAP RƏSMİSİ- YENİLƏNİB – (2)

ELDAR İBRAHİMOV: Bəyənmirsənsə, xoşuna gəlmirsə, tənqid et, irad bildir, amma sən nə haqla ölkəni, millətini, dövləti təhqir, biabır edirsən? Sənə kim bu haqqı verib? Ölkəyə, millətə də qarşı müxalifətçilik, düşmənçilik olarmı?

Milli Məclisin (MM) aprelin 3-də keçirilən növbəti iclasında sosial şəbəkələrdə Azərbaycan dövlətçiliyi və ölkə hakimiyyəti haqqında gedən müzakirələrə münasibət bildirilib.

ziyad-2

Etikxeber-ın xəbərinə görə, ilk öncə akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bu məsələyə münasibətini bildirib və qeyd edib ki, istər Azərbaycandan kənarda yaşayan bəzi insanların, eləcə də, ölkə daxilində bəzi qüvvələr və şəxslərin anti-Azərbaycan fəaliyyəti yolverilməzdir.

Onun sözlərinə görə, bu insanlar və qüvvələr sosial şəbəklərdə Azərbaycan dövlətinə qarşı, Azərbaycan xalqının nüfuzuna və imicinə xələ gətirən fəaliyyətlə məşğul olurlar.

“Bu insanlar əməlləri yolverilməz və pislənilməlidir”.

siyavush

MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov da bu yöndə sərt fikirlər səsləndirib və həmkarlarını susmamağa, Azərbaycan dövlətinin müdafiəsinə qalxmağa səsləyib:

“Bu günə qədər bir dənə də Ermənistan səfirliyi qarşısında aksiya keçirməyən adını azərbaycanlı qoyanlar Fransada Azərbaycan səfirliyi qarşısında etiraz aksiyası keçirirlər. Belə çıxır ki, ermənilər artıq istirahət edə bilərlər, çünki artıq onların funksiyasını yerinə yetirən var”.

Komitə sədri qeyd edib ki, bu yaxınlarda Kölndə azərbaycanlıların 31 mart soyqırımının 100 illiyi ilə bağlı keçirilən tədbirdə də həmin şəxslərin təxribat cəhdi bunu sübut edib: “Bu insanlara azərbaycanlı demək mümkün deyil. Onlar Azərbaycanı, xalqı, milləti təhqir edirlər. Səfirliyimiz Azərbaycanın orada bir parçasıdır, bizim səfirliyimizi təhqir edirlər. Azərbaycanlı olan torpağını, ordusunu təhqir etməz, ona qarşı bu şəkildə müxaliflik etməz. Eyni zamanda buna qarşı susan bəzi şəxsləri də başa düşmürəm. Avropadan Azərbaycana qarşı təhqirlərlə bağlı bağıranlara qarşı niyə susursunuz? Əgər burada tərif müzakirələri olsaydı, o zaman çoxları məndən qabaq düşərdi, sıraya düzülənlərin sayı-hesabı olmazdı. Niyə susursunuz, niyə cavab vermirsiniz? Dövlətə, orduya, millətə müxalifətçilik, düşmənçilik olmaz. Bunları edənlərə cavab verilməlidir”.

eldar-bdu

***

MM-in Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov öz növbəsində həmkarlarının fikirlərini müdafiə edib:

“Bizə görüşlər zamanı deyirlər ki, niyə onlara cavab vermirsiniz? Onlara hər kəc cavab verməlidir, heç kim susmamalıdır. Bəyənmirsənsə, xoşuna gəlmirsə, tənqid et, irad bildir, amma sən nə haqla ölkəni, millətini, dövləti təhqir, biabır edirsən? Sənə kim bu haqqı verib? Ölkəyə, millətə də qarşı müxalifətçilik, düşmənçilik olarmı? Belələrinə ar olsun deyirəm”.

***

Parlamentin İntizam komissiyasının sədri Ağacan Abiyev müzakirələr zamanı  məsələyə sərt münasibətini bildirib:

“Azərbaycan həmin şəxslərdən imtina etməlidir. Onlar Azərbaycanı sevmirlər. Azərbaycandan danışırlarsa, inkişafdan danışsınlar. Onlar öyrədilmiş və ya aldadılmış insanlardır”.

novruz aslan

Sonra çıxış edən deputat Novruz Aslanov xaricdə Azərbaycan hökuməti əleyhinə iş aparanları “ünsür” adlandırıb.

O, bildirib ki, ölkədə xalq-iqtidar birliyi var:

“Aprelin 11-də prezident seçkiləridir. Xalqın da seçimi bəllidir”.

elmira-2

Deputat Elmira Axundova deyib ki, mübarizəni kişi kimi aparmaq lazımdır:

“Onlar səviyyəsiz adamlardır. Mübarizə aparmaq istəyirlərsə, gəlib kişi kimi burada mübarizə aparsınlar. Kişi bıçağı kürəkdən saplamaz. Mübarizəni kişi kimi aparmaq lazımdır. Mən də burada ciddi tənqidlər səsləndirirəm. Amma heç vaxt dövlətimə, millətimə qarşı çıxmıram. Tənqid ayrı şey, təhqir ayrı şey. Siyavuş müəllim, biz də öz mövqeyimizi bildiririk, susmuruq, etirazımızı bildiririk. Bu yaxınlarda “Şərq” qəzetində və digər medaia orqanlarda öz mövqeyimi ortaya qoymuşam, anti-Azərbaycan fəaliyyəti aparanları pisləmişəm”.

***

ali-huseynli-1

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, ölkə prezidentinin, Azərbaycan hakimiyyətinin ünvanına səslənən təhqirlərin xalqa ünvanlandığını hamı bilməlidir:

“Bu məsələdə həmrəy olmalıyıq. Azərbaycanlı olmağın tək şərti burada doğulub böyümək deyil. Bəzi insanlar azərbaycançılıq təfəkküründən uzaqdırlar. Avropada da hazırda Azərbaycanın milli-mənəvi maraqlarından uzaq olanlar var. Bizim həmrəyliyimiz də bu məsələdə ölkəyə, ölkə prezidentinə, xalqa, dövlətə sədaqətimizi göstərərək təhqirlərlə barışmayan mövqeyimizin olmasını göstərir. Bu məsələdə hər kəsin mövqeyi xalqın mövqeyi deməkdir. Spiker Oqtay Əsədov da bildirib ki, onlar Azərbaycan xalqına xas olan xüsusiyyətlərə malik insan deyillər, çünki bizim xalq mərddir”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Buna zarafat yox, “dodaqqacdı” deyərlər” – VİTSE-SPİKER – FOTO

Read Next

“Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı medal təsis etməyi nəzərdə tuturuq” – SPİKERDƏN DEPUTATA ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir