Parlamentin Səhiyyə komitəsi ilk iclasını keçirəcək – SENTYABRIN 18-DƏ

Milli Məclisin (MM) qarşıdan gələn 2019-cu il payız sessiyası ilə əlaqədar parlamentin komitə iclaslarına start verilir.

Etikxeber.az-ın xəbərinə görə, komitə iclaslarına sentyabrın 16-dan başlanılması gözlənilir.

Artıq bəzi komitələrin ilk iclaslarının vaxtı məlum olub.

MM-in Səhiyyə komitəsinin payız sessiyası ilə bağlı ilk iclası sentyabrın 18-də keçiriləcək.

meclis-oqtayyyyy

musa-yeni

Bu haqda saytımıza məlumat verən MM-in Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, ilk iclasda 2019-cu ilin yaz və növbədənkənar sessiyalarının hesabatı donləniləcək, həmçinin, növbəti payız sessiyası ilə bağlı  komitənin qanunvericlik işləri müzakirə olunacaq, təsdiqlənəcək.

“Həmçinin, iclasın gedişatında komitə üzvlərinin qanunvericilik işləri planı ilə bağlı fikirləri səsləndiriləcək, bu və ya digər təklifləri olacaq. Şəxsən mən özüm də bir sıra təkliflərlə çıxış etməyi nəzərdə tuturam”-deyə, o, sözlərinə əlavə edib.

Gələn həftə həmçinin, ilk iclası keçiriləcək komitələrdən biri də MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsidir.

İclasın vaxtı və gündəliyi bugünlərdə məlum olacaq.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Müsabiqənin müsahibə mərhələsi başa çatıb

Read Next

“Dərsliklər mənəviyyata uyğun olmalıdır…” – GƏNCƏLİ DEPUTAT “OD” PÜSKÜRDÜ, ÖZƏL NƏŞRİYYATLARI “TOPA” TUTDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir