Paytaxtın mərkəzindəki partlayışın ilkin səbəbi açıqlandı: QAZ SIZMASI – YENİLƏNİB – (1) – FOTOLAR

Bakıda yaşayış binasında partlayış olub.

Etikxeber.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 237 ünvanında qeydə alınıb.

Həmin ünvanda yerləşən yaşayış binasının birinci mərtəbəsində baş verən partlayış nəticəsində xəsarət alanların olduğu bidirilir.

Hazırda hadisə yerində araşdırma aparılır.

qazsizma

***

qazsizma-1

İlkin ehtimala görə, “28 May” metrostansiyası yaxınlığında, Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın altında yerləşən dəftərxanın zirzəmisindəki partlayışa qaz sızması səbəb olub.

Bu barədə isə hadisə yerində olan jurnalistlərə açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev deyib:

“Ərazidə dünən qazıntı işləri aparılıb. Ehtimal edilir ki, qazıntı işləri zamanı MTK-ya gedən qaz kəmərinə toxunublar. Nəticədə qaz sızması baş verib və partlayış olub”.

O, bildirib ki, hadisə nəticəsində ölən olmayıb, yalnız bir nəfər xəsarət alıb.

R. Əliyev əlavə edib ki, hadisə səhər saatlarında baş verib.

Ərazidə qaz təchizatı müvəqqəti dayandırılıb.

***

Partlayışda xəsarət alan şəxsin adı məlum olub. 

Yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilən həmin şəxs 1961-ci il təvəllüdlü Zahid Şükür oğlu Mahmudovdur. Onun vəziyyəti ağır qiymətləndirilir.

Etikxeber.az

 

Read Previous

Avropanın sabit mühiti heç də asan təmin olunmayıb – SAHİBƏ QAFAROVADAN XƏBƏRDARLIQ – FOTOLAR

Read Next

ASO Afrində yeni cəbhə açır… 394 TERRORÇU İSƏ MƏHV EDİLİB – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir