“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik müzakirələrdə
Parlament “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsini müzakirəyə çıxarır.
Etikxeber.az-ın xəbərinə görə, dəyişiklik layihəsi öncə parlamentin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasının müzakirəsinə çıxarılıb.
Dəyişiklik əmək pensiyasının minimum məbləğinin artırılması ilə bağlıdır.
Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: “Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.
Bundan öncə əmək pensiyasının minimum məbləği 160 manat olub.
Onu da qeyd edək ki, qanun layihəsi öarlamentin iyunun 28-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az