Peşə təhsili müəssisələrinə qəbulla bağlı Apelyasiya Komissiyası fəaliyyətə başlayacaq – BU GÜNDƏN

Bu gün Peşə Təhsili üzrə Dövlət Agentliyində peşə təhsili müəssisələrinə qəbul və onun nəticələri ilə əlaqədar yaranan problemlərin həlli məqsədilə yaradılan Apelyasiya Komissiyası fəaliyyətə başlayacaq.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Etikxeber.az-a bildirilib ki, Apelyasiya Komissiyası sentyabrın 13-dək fəaliyyət göstərəcək.

Vətəndaşlar komissiyaya müraciət zamanı şəxsiyyətini təsdiq edən sənədin əslini və təhsil haqqında sənədini təqdim etməlidirlər.

Xatırladaq ki, peşə təhsili müəssisələrinə sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində, belə mərkəzlərin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada aparılıb. Qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə keçirilib. Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların qəbulu müsabiqədənkənar aparılıb.

Qəbul iki mərhələdən ibarət olub. Birinci mərhələ avqustun 5-dən 20-dək davam edib. Bu müddət ərzində 11 min namizədin müraciəti qeydə alınıb, namizədlərdən 8 min 808 nəfəri qəbul olunub.

İkinci mərhələdə – avqustun 28-dən sentyabrın 5-dək 5 min 500 nəfər qeydiyyatdan keçib, onlardan 3 min 754-ü müsabiqədə uğur qazanıb.

Etikxeber.az

Read Previous

Keçmiş hərbi qulluqçular və xüsusi rütbəsi olan polislərin – PENSİYALARI ARTIRILACAQ

Read Next

“Avro 2020”-nin altıncı turu – TÜRKİYƏNİN BÖYÜK HESABLI QƏLƏBƏSİ – NƏTİCƏLƏR – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir