“Peyvəndlərin paylanması olduqca ədalətsizdir: Hamımız bu ədalətsizlikdən məyusuq”-ÜST RƏHBƏRİNDƏN İTTİHAM

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adan Qebreyesus dünyada koronavirus peyvəndlərinin paylanmasını “dəhşətli dərəcədə ədalətsiz” olaraq qiymətləndirib.

Etikxeber.az-ın xəbərinə görə, Baş direktor bu barədə Afrika Regional Komitəsinin 71-ci sessiyasında çıxışı zamanı deyib.

“Bir neçə təhlükəsiz və təsirli peyvəndin qısa müddətdə hazırlanması və təsdiqlənməsi dünyaya pandemiyanın nəzarət altına alınacağına real ümid verdi. Deməyə ehtiyac yoxdur, peyvəndlərin paylanması olduqca ədalətsizdir. Hamımız bu ədalətsizlikdən məyusuq”- deyən Qebreyesusun sözlərinə görə, bu günə qədər dünyada koronavirusa qarşı, təxminən 4.8 milyard peyvəndin edilib.

“Bunlardan yalnız 87 milyonu, yəni ümumi miqdarın 2%-dən az hissəsi Afrikanın payına düşür. İndiyə qədər dünyanın 140 ölkəsinin əhalisinin ən azı 10%-i peyvəndlənib. Bu siyahıya yalnız dörd Afrika ölkəsi daxildir. Halbuki ÜST əvvəllər sentyabrın sonuna qədər dünyanın bütün ölkələrində əhalinin ən azı 10%-nin peyvəndlə təmin edilməsini qarşıya məqsəd qoymuşdu”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Mehriban xanım olan, onun əlini qoyduğu hər bir yerdə uğur, nailiyyət, müvəffəqiyyət, başarı var”-JALƏ ƏLİYEVA YAZIR

Read Next

“Tarixin elə bir mərhələsini yaşayırıq ki, bəşəriyyətin belə insanlara həmişə olduğundan daha çox ehtiyacı var”-RAMİN MƏMMƏDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir