Piyada körpüsünün uçması nəticəsində üç nəfər həlak oldu

“Jakarta Globe” qəzetinin yaydığı məlumata əsasən, Cakartanın cənub hissəsində piyada körpüsünün uçması nəticəsində üç nəfər həlak olub.

Etikxeber.az adıçəkilən qəzetə istinadən xəbər verir ki, paytaxt polisinin nümayəndəsi Avi Setiyononun sözlərini sitat gətirən qəzet yazır: “Hadisə nəticəsində iki nəfər həlak olub, bir nəfər isə çox ağır vəziyyətdədir”.

Qəzet Təbii Fəalkətlərin Nəticələrinin Aradan Qaldırılması İdarəsinə istinadla bildirib ki, həmin şəxsin həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumatlara əsasən, körpünün leysan yağışlar və güclü külək nəticəsində uçduğu güman olunur. Lakin ANTARA agentliyinin məlumatına görə, Cakarta xüsusi paytaxt dairəsinin qubernatoru Basuki Çaxaya Purnama hadisəyə körpünün reklamlarla həddindən artıq yüklənməsinin də səbəb ola biləcəyini istisna etmir və bunu araşdırmaq barədə göstəriş verib.

Etikxeber.az

Read Previous

Moskva marafonu: 70 ölkədən 30 min iştirakçı

Read Next

“Təhlükəli proseslərə qarşı sığortalanmaq ölkəmizdə prezidentlik institutunun gücləndirilməsini tələb edirdi”-Vitse-spiker

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/tmp) in Unknown on line 0