“Polad Həşimova Milli Qəhrəman adı verilsin, Şəhidlər Xiyabanında, Həzi Aslanovun abidəsinə yaxın olan bir ərazidə dəfn olunsun”-ARİF HACILI

Əfsanəvi generalımız Həzi Aslanovdan sonra döyüş meydanında həlak olan, şəhid olan generalımız Polad Həşimov oldu.General Həşimovu tanıyanların dediyinə görə, cəsur döyüşçü, bacarıqlı komandir olmaqla yanaşı, həm də əfsanəvi şəxsiyyət imiş.

Etikxeber.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacıılı deyib.

O, eyni zamanda, təklifini səsləndirib.

“Əminəm ki, şəhid generalımız Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan döyüşçülərimizin əsas simvollarından birinə çevriləcək. Polad Həşimova Milli Qəhrəman fəxri adının verilməsini, Şəhidlər Xiyabanında, Həzi Aslanovun abidəsinə yaxın olan bir ərazidə dəfn olunmasını təklif edirəm.Allah rəhmət eləsin!”-deyə, A. Hacılı qeyd edib.

Etikxeber.az

Read Previous

“Əsgərindən generalına qədər, rütbəsindən asılı olmayaraq, hər kəs öndədir, heç kəs canını-qanını bu torpaqdan əsirgəmir!”-BƏHRUZ MƏHƏRRƏMOV

Read Next

Şəhidimiz-mayor Namiq Əhmədov-TORPAĞA TAPŞIRILDI – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir