Əliyevdən “Demokratlar İnternasionalı”nın prezidentinə: “Səfər töhfəsini verəcək” – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Mərkəzçi Demokratlar İnternasionalının (MDİ) prezidenti, Kolumbiyanın sabiq prezidenti Andres Pastrananın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

Etikxeber.az-ın məlumatına görə, bu barədə AZƏRTAC xəbər yayıb.

***

Prezident  Mərkəzçi Demokratlar İnternasionalının prezidenti Andres Pastrananın Azərbaycana səfərinin səmərəli və maraqlı keçəcəyinə, bu səfərin əməkdaşlığa öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi.

Mərkəzçi Demokratlar İnternasionalının prezidenti, Kolumbiyanın sabiq prezidenti Andres Pastrana qurumun həyata keçirdiyi işlər barədə məlumat verdi.

Görüşdə Mərkəzçi Demokratlar İnternasionalı ilə Azərbaycan, xüsusilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Etikxeber.az

Read Previous

“Reket jurnalistlər”in həbsinə reaksiya gəldi

Read Next

Xarici valyuta əməliyyatlarının aparılması qaydaları təsdiqləndi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir