Prezident və ailə üzvləri Heydər Əliyevin məzarını ziyarət etdi – FOTOLAR – YENİLƏNİB

 Prezident İlham Əliyev Fəxri xiyabanda eks-prezident, mərhum Heydər Əliyevin məzarını ziyarət edib.

Etikxeber.az xəbər verir ki, dövlət başçısı Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Azərbaycanın dövlət himni səslənib.

Prezident görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı üzərinə gül dəstələri düzüb.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

***

Həmçinin, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri xiyabana gəliblər.

Ziyarət mərasimində eyni zamanda, Baş Nazir Əli Əsədov, Milli Məclisin Sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev və digər rəsmi şəxslər iştirak ediblər.

Etikxeber.az

Read Previous

Çempionlar Liqasının qrup mərhələsinin daha 8 qarşılaşması: NƏTİCƏLƏR – FOTO

Read Next

“Tarixi tarixdən ibrət almaq üçün oxumalıyıq…” – MÜBARİZ QURBANLI – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir