“Toplanan gömrük rüsumlarının həcmi əvvəlki dövrə nisbətən artıb” – Prezident Tacikistan və Ukrayna rəsmilərini qəbul etdi – FOTOLAR – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanı qəbul etdi.

Etikxeber.az Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Ukraynanın sosial siyasət naziri Andrey Revanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

***

Ukraynanın sosial siyasət naziri Andrey Reva Bakı şəhərinin gözəlliyinin onda dərin təəssürat yaratdığını dedi. O, rəhbərlik etdiyi nazirliyin Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə yaxşı əməkdaşlıq həyata keçirdiyini vurğuladı. Ölkəmizin bu sahədə əldə etdiyi uğurların böyük önəm daşıdığını deyən Andrey Reva Azərbaycanın əldə etdiyi təcrübə və nailiyyətlərin Ukraynanın sosial müdafiə sistemində həyata keçirilən islahatlar baxımından da maraq doğurduğunu dedi.

Prezident İlham Əliyev Azərbaycanda sosial təminat sahəsində işlərin uğurla davam etdirildiyini vurğuladı. Dövlətimizin başçısı ölkəmizdə qanunvericiliyin təkmilləşdirilməsi, o cümlədən sosial siyasətlə bağlı məsələlərin nizama salınması istiqamətində də böyük işlərin aparıldığını dedi. Sosial siyasətin Azərbaycanda həmişə prioritet məsələlərdən biri olduğunu və ciddi iqtisadi islahatların aparıldığı dövrdə də bu sahəyə böyük önəm verildiyini deyən Prezident İlham Əliyev kommunal xərclərin, tariflər, sosial təminat, məcburi köçkünlərin ehtiyaclarının ödənilməsi, pensiyalar, sosial infrastruktur və digər sahələrin maliyyələşdirilməsinin dövlət səviyyəsində həyata keçirildiyini bildirdi.

Görüşdə ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

***

Dövlət başçısı Azərbaycan ilə Dünya Gömrük Təşkilatı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini və Azərbaycan Dövlət Gömrük Komitəsinin Dünya Gömrük Təşkilatının çox fəal üzvlərindən biri olduğunu məmnunluqla qeyd etdi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan iqtisadiyyatında, o cümlədən gömrük sahəsində həyata keçirilən genişmiqyaslı islahatlar artıq çox yaxşı nəticələr verməkdədir. Dövlətimizin başçısı ticarət dövriyyəsinin azalmasına baxmayaraq, toplanan gömrük rüsumlarının həcminin əvvəlki dövrə nisbətən artdığını vurğuladı.

Prezident İlham Əliyev Azərbaycan gömrük sisteminin regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsində fəal rol oynadığını deyərək ölkəmizdə regional gömrük strukturlarının, o cümlədən tədris mərkəzinin fəaliyyət göstərməsinin əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı ümidvar olduğunu bildirdi ki, Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriyanın ölkəmizə səfəri əlaqələrimizin genişləndirilməsi işinə öz töhfəsini verəcək.

Azərbaycan gömrük sisteminin müasir texnologiyaların tətbiqi, insan resurslarının idarə olunması, gömrük sahəsində kadrların peşəkar səviyyəsinin artırılması və digər istiqamətlərdə böyük nailiyyətlər əldə etdiyini vurğulayan Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya bütün bunların güclü siyasi dəstək sayəsində mümkün olduğunu qeyd etdi. Kunio Mikuriya bu sahəyə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya ölkəmizdə gömrük sahəsində beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkil olunduğunu məmnunluqla qeyd edərək Bakıda keçirilən “İqtisadiyyatda təhlükəsizlik: ticarətin asanlaşdırılması və mühafizəsi aspektləri” mövzusunda konfransın əhəmiyyətini vurğuladı.

Görüşdə əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

ukr-ilya

Etikxeber.az

Read Previous

Yaşayış binasının yanmasında təqsirləndirilən şirkət rəhbərinə 8 il iş verildi – YENİLƏNİB

Read Next

Dolların məzənnəsi 1,9165 manat səviyyəsində formalaşdı – BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir