“Prezident zəng edib dedi ki, Milli Məclisə gedirsən…” – NOVRUZ MƏMMƏDOV

Prezident zəng edib dedi ki, sabah Milli Məclisə gedirsən, nöqtə.

Etikxeber.az xəbər verir ki, bunu “Space”-yə müsahibəsində  Baş nazir Novruz Məmmədov deyib.

“Azərbaycanın Baş naziri vəzifəsinə təyinatım gözlənilməz oldu. Heç vaxt təsəvvür edə bilməzdim ki, mənə belə bir təklif edilə bilər. Ona görə də mənim üçün hamıdan çox gözlənilməz oldu. Hər şey qəfil baş verdi…”-deyən N.Məmmədov Baş nazir vəzifəsinə təyinatla bağlı məsələnin 2018-ci ilin aprelin 11-də keçirilən növbədənkənar prezident seçkilərindən sonra müzakirə edildiyini bildirib:

Onun sözlərinə görə, seçkilərdən sonra hamı məmnunluq içərisində idi.

novruz-bassss

“Doğrudan da, seçkilər çox yaxşı keçmişdi. Seçkilərdən sonra Prezident İlham Əliyev dedi ki, sənin Baş Nazir vəzifəsinə namizədliyini təklif edirəm. Dövlət başçısı bildirdi ki, bir neçə namizədi var, biri də mənəm. Düzünü deyim, bu söz məni bir qədər rahatlatdı. Bir dəfə də belə söhbətimiz oldu, Prezident mənə dedi ki, fikirləş. Tərəddüdəydim… Düşünürdüm ki, böyük etimaddır, öhdəsindən necə gələcəyəm? Sonra Prezident zəng edib dedi ki, sabah Milli Məclisə gedirsən, nöqtə. Mən də başqa bir söz demədim. Böyük etimaddır, yükümü daha da çoxaldır. Başn nazir vəzifəsinə təyinatımın razılaşdırılması üçün Milli Məclisə getdim, çıxışlar oldu, mən də çıxış etdim. Dedim ki, indiyə qədər mətbuata açıq olmuşam, hamıya danışmışam, bundan sonra işləmək lazımdır…”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Dərsliklər mənəviyyata uyğun olmalıdır…” – GƏNCƏLİ DEPUTAT “OD” PÜSKÜRDÜ, ÖZƏL NƏŞRİYYATLARI “TOPA” TUTDU

Read Next

“Demokratiya və seçki adına böyük bir təhqirdir…” – QARABAĞIN AZƏRBAYCANLI İCMASINDAN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir