Prezidentlə Birinci vitse-prezident Qobustan, İsmayıllı və Ağsuda-AÇILIŞLARDA – FOTOLAR – YENİLƏNİB – (8)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 12-də Qobustan rayonuna səfər ediblər.

Etikxeber.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım burada “Diri Baba” türbəsində turizm infrastrukturunun yaradılması ilə bağlı aparılan yenidənqurma işləri ilə tanış olublar.

***

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Qobustan rayonunda “Diri Baba” türbəsindən paylaşım edib.

 Paylaşımı təqdim edirik:

“Diri Baba türbəsi”.

***

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində İsmayıllı rayonunun Basqal qəsəbəsinə səfərdən video paylaşıb.

 Paylaşımı təqdim edirik:

“Yolumuz qədim Basqal qəsəbəsinədir”.

https://video.azertag.az/site/video/150416

12:07

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 12-də İsmayıllı rayonunda “Basqal Resort & Spa” otelinin açılışında iştirak ediblər.

12:30

***

Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunda “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə tanış olublar.

Dövlət başçısına və birinci xanıma qoruq ərazisində görülən işlər barədə məlumat verilib.

13:45

***

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində İsmayıllı rayonunun Basqal qəsəbəsindən fotolar paylaşıb.

Paylaşımda qeyd olunur:

“Basqal qəsəbəsi. 12.08.2022”.

14:05

***

Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin Ağsu şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.

Dövlət başçısı abidənin önünə gül dəstəsi qoyub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də Ağsu rayonunda “Ağsu Aqropark” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə tanış olub.

***

Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibə verib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də Ağsu şəhərindəki Bayraq meydanında Gənc Sənətkarlar Mərkəzinin və Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib.

Prezident İlham Əliyevə əvvəlcə Gənc Sənətkarlar Mərkəzində yaradılan şərait barədə məlumat verildi.

Bildirildi ki, Mərkəzin inşasına 2017-ci ilin dekabrında başlanılıb. Tikinti işləri cari ilin yanvarında başa çatdırılıb. Mərkəzin binası 36 yerlik akt zalı, məşq səhnəsi, teatr dərnəyi, rəsm, heykəltəraş, foto, dərzi otaqları, moda nümayişi podiumu, inzibati və yardımçı otaqlardan ibarətdir. Bina müasir avadanlıq, videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri ilə təchiz edilib.

Sonra Prezident İlham Əliyev Dövlət Rəmzləri Muzeyi ilə tanış oldu.

Məlumat verildi ki, muzeyin inşasına 2017-ci ilin dekabrında başlanılıb. Tikinti işləri cari ilin yanvarında başa çatdırılıb. Muzey binası sərgi zalından, inzibati və yardımçı otaqlardan ibarətdir. Sərgi zalında ümumilikdə 16 bölmə yaradılıb. Burada Azərbaycan xanlıqlar dövrünün xəritəsi, Orta əsrlərə aid döyüşçüləri əks etdirən manikenlər, həmin dövrdə xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş konstitusiyalar, gerblər, bayraqlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin geyim formaları, ümummilli lider Heydər Əliyevin andiçmə mərasiminə dair fotoşəkillər, dövlət rəmzləri haqqında kəlamları, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə, Bayraq meydanlarının açılışı mərasimlərinə dair fotoşəkillər, poçt markaları, orden və medallar nümayiş olunur.

Dövlət Rəmzləri Muzeyinin yerləşdiyi ərazidə 1,27 hektar sahədə Bayraq Meydanı yaradılıb.

Burada hündürlüyü 65 metr olan Dövlət Bayrağı ucaldılıb, ətrafında fəvvarə kompleksi inşa edilib.

Etikxeber.az

Read Previous

Daha 520 yeni-YOLUXMA…

Read Next

“Qisas” əməliyyatı cəza tədbiri idi… Laçına, Zabuxa, Susa qayıtmalıyıq… Yaxın həftələrdə Ermənistandan Zəngəzur dəhlizinin marşrutunu gözləyirik…”-İLHAM ƏLİYEV – YENİLƏNİB – (6)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir