“PSJ” Benzemanı yay transfer pəncərəsində heyətinə-QATMAQ İSTƏYİR…

Fransanın “Paris Sen-Jermen” klubu İspaniyanın “Real Madrid” komandasının fransalı hücumçusu Kərim Benzemanı yay transfer pəncərəsində heyətinə qatmaq niyyətindədir.

Etikxeber.az xəbər verir ki, 32 yaşlı oyunçunun transferi ilə bağlı Paris təmsilçisi danışıqlara yaxın günlərdə başlamaq istəyir.

Kərimin paytaxt təmsilçisi ilə müqavilə müddəti 2022-ci ilə qədər nəzərdə tutulub. Cari mövsüm futbolçu 36 oyunda 19 dəfə fərqlənib və 9 dəfə məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, K.Benzema 2009-cu ildən “Real Madrid” klubunun şərəfini qoruyur.

O, “Kral” klubunun heyətində keçirdiyi 338 oyunda 162 dəfə fərqlənməyə nail olub.

Fransalı forvard “Real Madrid” ilə dörd dəfə UEFA Çempionlar Liqasını, iki dəfə İspaniya çempionu və İspaniya kubokunun qalibi olub.

Etikxeber.az

Read Previous

ZELENSKİ PREZİDENTLİYİNİN BİR İLİNİ HANSI NƏTİCƏLƏRLƏ QARŞILAYIR?-Baxış

Read Next

“Ermənistan tərəfinin bu açıqlaması danışıqlar prosesinə ciddi zərbədir, danışıqları pozur, bu, eyni zamanda, Minsk qrupunun həmsədrlərinə qarşı hörmətsizlikdir”-PREZİDENTİN KÖMƏKÇİSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir