Püşkatmanın nəticələri futbol istisna olmaqla bizim üçün əlverişlidir – MOK RƏSMİSİ

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında komandalar üzrə püşkatmanın nəticələri futbol istisna olmaqla bizim üçün əlverişlidir. Futbol yarışında komandamız bir qədər çətin qrupa düşüb. Çünki ən güclü komandalar məhz bu qrupda yer alıblar. Azərbaycan millisinin rəqibləri olan Səudiyyə Ərəbistan, Mərakeş yığması güclü rəqiblərdir. Ümid edirik ki, komandamız bu çətinliyin öhdəsindən gələcək.

Etikxeber.az xəbər verir ki, bu sözləri aprelin 6-da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının komanda idman növləri üzrə püşkatmanın nəticələrini qiymətləndirən Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə müsahibəsində deyib.

Ç.Hüseynzadə bildirib ki, digər idman növlərində demək olar ki, bütün komandalarımız Türkiyə ilə eyni qrupa düşüb:

“Bu da yarışların gərgin keçəcəyini indidən deməyə əsas verir. Ümumiyyətlə, yarışlarda uğur qazanmaq üçün ciddi hazırlaşmaq, yaxşı oynamaq lazımdır. Əminəm ki, milli komandalarımız uğurla çıxış edib azarkeşlərimizi sevindirəcəklər”.

Etikxeber.az

Read Previous

“Xalq yaxşı başa düşür ki…” – YAP RƏSMİSİ

Read Next

“AMEA-nın professoru” adının verilməsi üzrə ekspert komissiyası yaradılıb- AÇIQLAMA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir