Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Daha bir İgidimiz…
Qəhrəman Qızılhacılımın daha bir İkinci Vətən Müharibəsi iştirakçısı, Qəhrəmanı…
Söhbət bizim evdən cəmi bir neçə ev aralıda, 1979-89-cu illərdə təhsil aldığım Qızılhacılı qəsəbə (kənd) 2 saylı məktəblə düz üzbəüzdə yaşayan, Hüseyn dayının, Xoşqədəm xalanın nəvəsi Aqşin Eldar oğlu Abdullayevdən gedir…
Qeyd edim ki, Aqşinlə heç bir şəxsi tanışlığımız olmayıb, yoxdur…
Onun haqqında da ilk dəfə yaralanması xəbəri yayılan gün eşitmişəm…
Belə ki, sentyabrın 28-də kəndimizə ilk iki Şəhidimiz gəlmişdi…
Həmçinin, bir neçə kənd(li)çimizin ağır yaralanması xəbəri yayılmışdı, o cümlədən Aqşinin…
Aqşin elə döyüşlərin ilk günü- Suqovuşanda ağır döyüşlər zamanı yaralanmışdı…
İdarə etdiyi tank düşmən tərəfindən vurulmuş, özü də ağır yaralanmışdı…
Qeyd edim ki, Aqşin balamız 1997-ci ilin mayın 13-də sadə, zəhmətkeş bir ailədə anadan olub…
Orta məktəbi bitirəndən sonra, daha doğrusu, 2016-cı ildə həqiqi hərbi xidmətə yollanıb və 2018-ci ildə hərbi xidmətini başa vurub …
Ötən ilin-2020-ci ilin yanvarında hərbi kursa gedib, aprel ayından isə orduda xidmətə başlayıb…
2020-ci ilin 27 sentyabrında, İkinci Vətən Müharibəsinin ilk günündə də döyüşə yollanıb…
Talış-Suqovuşan istiqamətində olub…
Və qeyd etdiyim kimi, döyüşlərin elə ilk günündə də ağır yaralanıb…
Bir müddət müalicə aldıqdan sonra yenidən orduya, döyüş, cəbhə bölgəsinə qayıdıb…
Hazırda da orduda xidmətdədir…
Ali Baş Komandan tərəfindən də “Cəsur döyüşçü” medalı ilə təltif olunub…
Bir az öncə də özü ilə əlaqə saxladım, hal-əhvallaşdım…
İnşallah, yenidən kəndimizə dönəndə onunla görüşmək və haqqında bir daha-geniş yazmaq fikrim var…
Fəxrimiz, qürurumuzdur…
Allah qorusun!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az