Qənirə Paşayeva: “ABŞ Qarabağ məsələsində heç də ədalətli mövqe tutmur”

“Amerikada yaşayan ermənilər yenə də Azərbaycan ərazi bütövlüyünə qarşı ciddi təxribata əl atıblar. ABŞ-da yaşayan azərbaycanlılar, Azərbaycan diaspor təşkilatları Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsi ilə bağlı erməni diasporunun ABŞ-ın bir sıra ştatlarında yerləşdirdiyi bannerlərə, reklam lövhələrinə qarşı ciddi etiraz səslərini ucaltmalıdırlar”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva dilə gətirib.

O, ABŞ-dakı diaporumuzu, diaspor təşkilatlarımızı bu bannerlerin yayıldığı ştatlarda bu təxribat əlehinə addım atmağa,bu bannerlerin asılmasına, reklam lövhələrinin yerləşdirilməsinə icazə verən qurumlara etiraz müraciəti göndərməyə çağırıb:

“Onlar məlum banner və lövhələrin ABŞ-ın da tanıdığı Azərbaycan ərazi bütövlüyünə zərbə, təxribat olmasını vurğulamalı və onların götürülməsi istiqamətində addımlar atmalı, həmin ştatlarda dövlət v qeyri-dövlət qurumlarına, KİV-lərə bu təxribatla bağlı müraciətlər,  məlumatlar göndərməli və onları bu məsələdə həssas olmağa çağırmalıdırlar. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədri kimi obyektiv və neytral olmaq vəzifəsi olan bu ölkədə artıq neçəci dəfədir ki, baş verən bu cür təxribatlar ABŞ-n əslində bu məslədə heç də obyektiv olmadığını da bir daha göstərir. Bu təxribata kəskin etiraz edir, qınayır və ABŞ-ı bu kimi təxribatlata izn verməməyə çağırırıq”-deyə, o, sözlərinə əlavə edib.art1474725498

Etikxeber.az

 

Read Previous

Sahib Məmmədov: “Həmin şəxsə deyirəm ki, bu yalanı niyə yaydın…”

Read Next

Hakkaridə PKK terrorçuları 3 əsgəri yaraladı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir