Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Qənirə Paşayeva son 8 gündə Tovuz rayonundan olan 200-dən artıq seçicisi ilə onlayn şəkildə görüntülü danışıb, onların müraciətlərini, qayğılarını dinləyib, geniş fikir mübadiləsi aparıb və həlli istiqamətində bir sıra qurumlarla, təşkilatlarla müzakirələr aparıb.
Etikxeber.az xəbər verir ki, eyni zamanda deputatın köməkçisi tərəfindən 300-ə yaxın sayda müraciət dinlənilib.
Q. Paşayeva həmin məsələlər barədə də aidiyyatı qurumlara müraciətlər edib.
Müraciətlərin bir hissəsi öz müsbət həllini tapıb. Bəzi seçicilərin müraciətləri ilə bağlı isə millət vəkili müvafiq qurumlara rəsmi müraciətlər göndərib.
Müzakirələr zamanı Q.Paşayeva seçiciləri ilə koronavirus pandemiyasından qorunmaq istiqamətində maarifləndirici fikir mübadiləsi də aparıb.
Millət vəkili eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi altında COVİD-19-un ölkəmizdə geniş yayılmaması, əhalimizin sağlamlığının qorunması və pandemiya səbəbindən çətin vəziyyətə düşən ailələrə dəstək proqramları ilə bağlı da geniş məlumatlar verib.
Etikxeber.az