Qətldə günahlandırılan general Rövşən Əkbərovun məhkəməsi başlayır-BU GÜN

Bu gün qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başlayır.

Etikxeber.az məlumat verir ki, Bakı Hərbi Məhkəməsində məhkəmənin sədri Həbib Həsənovun sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxsin anket məlumatlarının dəqiqləşdiriləcəyi və cinayət işinin məhkəmə baxışına təyin olunacağı gözlənilir.

Qeyd edək ki, Rövşən Əkbərovun barəsində olan cinayət işi üzrə Baş Prokurorluq tərəfindən aparılan istintaq yekunlaşdırılıb.

Aparılmış istintaqla Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Etikxeber.az

Read Previous

Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub-MÜDAFİƏ NAZİRLİYİ

Read Next

3 medallı Şəhid qardaşlardan Tural Həsənovun 27 yaşı tamam oldu-ÇOX TƏSİRLİ ANLAR YAŞANDI, ŞƏHİDLƏR ANASI DİZİN-DİZİN SÜRÜNDÜ, FƏRYAD ETDİ, HƏR KƏS GÖZ YAŞLARINA QƏRQ OLDU… – YENİLƏNİB – (2) – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir