Qənirə Paşayeva və “Hünər” qrupu 500-ə yaxın Qarabağ müharibəsi veteranına və onların ailələrinə tibbi-gigiyenik ləvazimat-GÖNDƏRDİ

Millət vəkili Qənirə Paşayeva və “Hünər” qrupu koronavirus pandemiyasından qorunmaq üçün 105 saylı Tovuz seçki dairəsinin ərazisində yaşayan 500-ə yaxın Qarabağ müharibəsi veteranına və onların ailələrinə tibbi-gigiyenik ləvazimat göndərib.

Etikxeber.az xəbər verir ki, bu sözləri açıqlamasında Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tovuz rayon şöbəsinin sədri Etibar Vəliyev deyib.

O, bildirib ki, bir neçə gün öncə millət vəkili Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün də ərzaq və tibbi ləvazimat göndərmişdi:

“Qənirə xanım hər zaman bizi diqqət mərkəzində saxlayır. Belə bir çətin vəziyyətdə də millət vəkilimiz müharibə veteranlarını unutmadı. Bu gün o, rayonumuza veteranlar üçün koronavirusa qarşı bütün tibbi-qoruyucu vasitələr göndərib. Hazırda biz bu ləvazimatların paylanması ilə məşğul oluruq. Onların hamısı Əlibəyli, Ağdam, Vahiməli, Qovlar, Eyyublu, Düz qırıxlı, Qaraxanlı və digər kənd və qəsəbələrdəki 500-ə yaxın veterana paylanılacaq. Veteranlar adından millət vəkilinə təşəkkür edirəm”.

Etikxeber.az

Read Previous

Aprel döyüşləri bizim zəfər, qürur tariximizdir-ELDAR İBRAHİMOV YAZDI

Read Next

“Bərdədən də Türkiyədə ali təhsil alan gənclər var, onların valideynləri mənimlə əlaqə saxlayaraq övladlarının durumu ilə bağlı narahatlıqlarını bölüşdülər və…”-YENİ MİLLƏT VƏKİLİ FATMA YILDIRIM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir