“Qarabağ” – APOEL oyununun hakimləri kim olacaq?

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunlarının hakimləri açıqlanıb.

Etikxeber.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın Kipr APOEL-i ilə Bakıdakı matçının ədalət təmsilçiləri bəlli olub.

Avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı almaniyalı referilər idarə edəcək.

Daniel Sibert baş hakim, Yan Seydel və Lasse Kozlovski yan xətt hakimləri, Martin Petersen dördüncü hakim olacaq. Yorn Vest Larsen (Danimarka) görüşün hakim-inspektoru, Velid İmamoviç (Bosniya və Herseqovina) UEFA nümayəndəsi təyin edilib.

Qeyd edək ki, avqustun 6-dakı ilk matçda “Qarabağ” 2:1 hesabı ilə qalib gəlib.

 Etikxeber.az

Read Previous

“Dini mövhumat, xurafat bütün dinlərin düşmənidir” – MÜBARİZ QURBANLI – FOTOLAR

Read Next

“Mançester Siti” Gündoğanla bir daha anlaşdı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir