“Qarabağ” Avroliqada “Linfild”lə qarşılaşacaq…

Ağdamın “Qarabağ” klubunun Avrokubokdakı növbəti rəqibi bəlli olub.

Etikxeber.az məlumat verir ki, Çempionlar Liqasında Kiprin APOEL klubuna uduzan (2:1, 0:2) Azərbaycan çempionu Avropa Liqasının pley-offunda “Linfild”lə (Şimali İrlandiya) üz-üzə gələcək.

Şimali İrlandiya çempionatının qızıl medalçısı qitənin ikinci dərəcəli klub turnirinin III təsnifat mərhələsində “Sutyeska”nı (Monteneqro) yarışdan kənarlaşdırıb.

Bu komandalar arasındakı ilk görüş Monteneqroda baş tutub və “Linfild” 2:1 hesabı ilə qalib gəlib.

 Şimali İrlandiyakı cavab matçında da ev sahibləri qələbə qazanıblar. “Linfild” rəqibini bu dəfə 3:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Avropa Liqasının pley-offu avqustun 21-də və 28-də keçiriləcək. “Qarabağ” ilk matçına səfərdə çıxacaq.

Etikxeber.az

Read Previous

“Ciddiyyət olan yerdə qalibiyyət gələcək-ümidimizi itirməməliyik” – QURBAN QURBANOV

Read Next

Çempionlar və Avropa Liqası: III təsnifat mərhələsinin oyunları – NƏTİCƏLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir