Qarabağ Parkının açılışı oldu – ANKARADA – FOTOLAR

Ankaranın Pursaklar bələdiyyəsi ərazisində Qarabağ Parkının açılışı olub.

Mərasimdə Azərbaycanın və Türkiyənin deputatları, ziyalılar, türk dünyasının müxtəlif bölgələrindən tanınmış simalar, QHT, KİV nümayəndələri, yerli sakinlər iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, Əvvəlcə Pursaklar bələdiyyəsinin sədri Selcuk Çetin çıxış edərək diqqətə çatdırıb ki, Qarabağ Parkının salınması Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın təşəbbüsü ilə gerçəkləşib.

Sonra deputatlar Qənirə Paşayeva, Elman Nəsirov, Əmrullah İşlər və başqaları çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin tarixi, bu bölgənin və ona bitişik rayonların təcavüzkar Ermənistan tərəfindən işğal altında saxlanılması, problemin həlli istiqamətində Azərbaycan dövlətinin göstərdiyi sülh səylərindən danışıblar. Azərbaycanın heç zaman işğal faktı ilə barışmayacağını vurğulayan çıxışçılar deyiblər ki, Pursaklar bələdiyyəsi tərəfindən Qarabağ Parkının salınması Türkiyə xalqının Azərbaycana göstərdiyi dəstəyin bariz nümunəsidir.

ankara

Çıxışlarda ümummilli lider Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı üçün göstərdiyi səylər, Ulu Öndərin memarı olduğu beynəlxalq layihələrin ölkələrimizin inkişafında rolu qeyd edilib.

Sonra türkiyəli deputatlara Heydər Əliyev Fondunun Qarabağ həqiqətlərinə, tariximizə, mədəniyyətimizə, o cümlədən muğam musiqisinə dair hazırladığı əyani vəsaitlər hədiyyə olunub.

Etikxeber.az

Read Previous

Sahibə Qafarovanın miqrantların üzləşdiyi radikal münasibətlə bağlı məruzəsi dinləniləcək – AŞPA-DA

Read Next

Düşmən atəşkəs rejimini 120 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir