“Qarabağ”-“Sileks”-4:0 – “QARABAĞ” MƏRHƏLƏ ADLADI – YENİLƏNİB – (7)

Avqustun 18-də saat 20:00-da futbol üzrə UEFA Çempionlar Liqasının birinci seçmə mərhələsi çərçivəsində Ağdamın “Qarabağ” klubu Şimali Makedoniyanın “Sileks” komandası ilə qarşılaşacaq.

Etikxeber.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun üçün komandaların start heyəti açıqlanıb.

“Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev, Bədavi Hüseynov, Kevin Medina, Vild-Donald Gerye, Uroş Matiç, İsmayıl İbrahimli, Filip Ozobiç, Xayme Romero, Abdullah Zubir və Mahir Emreli yer alıblar.

“Sileks”in ilk onbirliyində isə meydana Daniel Bojinovski, Srcan Darşkoviç, Xristian Qrozdanoski, Angels Timovski, Daniel Karçeski, Viktor Serafimovski, Burhan Mustafov, Denis Ristov, İvan İvanovski, Pepi Georgiyev və Deyan Tanturovski çıxacaqlar.

Bu oyunun qalibi yeni reqlamentə görə, bir oyunla məlum olacaq.

Qarşılaşma Ukraynadan olan hakimlər briqadasına tapşırılıb.

“Qarabağ”–“Sileks” cütünün qalibi ikinci təsnifat mərhələsində “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) oyununun güclüsü ilə üz-üzə gələcək.

***

Qarşılaşma başlayıb.

***

Oyunda hesab açılıb.

Qarşılaşmanın 11-ci dəqiqəsində ağdamlıların futbolçusu Xayme Romeo Filip Ozoviçin ötürməsini qola çevirib.

Qeyd edək ki, bu oyunun qalibi yeni reqlamentə görə, bir oyunla məlum olacaq.

Xatırladaq ki, “Qarabağ”–“Sileks” cütünün qalibi ikinci təsnifat mərhələsində “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) oyununun qalibi ilə üz-üzə gələcək.

***

Qarşılaşmanın 40-ci dəqiqəsində Ağdam təmsilçisi rəqibin qapısına ikinci topu keçirib.

Donald Gerye fərqlənib.

***

Matçın 51-ci dəqiqəsində “Qarabağ” hesab arasındakı fərqi üç topa çatdırıb.

Donald Gerye oyunda dublun rəsimləşdirib.

***

Matçın 51-ci dəqiqəsində “Qarabağ” komandası rəqibi topu oyuna üçüncü dəfə mərkəzdən başlamağa məcbur edib.

Künc zərbəsindən sora topu başla rəqib qapısına göndərən Gerye özünün ikinci, komandasının isə üçüncü topunu vurub. 

21:20

***

Oyunda hesab yenidən artıb.

Mahir Emreli hesabı 4:0-a çatdırıb.

21:38

***

Oyun 4:0, “Qarabağ”ın möhtəşəm qələbəsi ilə başa çatıb.

21:55

***

UEFA-nın qərarına əsasən təsnifat mərhələləri bir oyundan ibarət olduğundan, darmadağınla qalib gələn “Qarabağ” II təsnifat mərhələsinə yüksəlib.

Qurban Qurbanovun komandasının növbəti görüşdəki rəqibi “Şerif” (Moldova) – “Fola” (Lüksemburq) cütünün güclüsü olacaq.

Bu oyun sabah keçiriləcək. 

Etikxeber.az

Read Previous

Yoluxmada növbəti artım-131 – DAHA 1 ÖLÜM…

Read Next

“Artıq xalqımız ATƏT-in Minsk qrupuna etimad göstərmir… Əgər belə davam edərsə, münaqişənin həlli prosesində Minsk qrupunun formatı dəyişdirilməlidir…”-FATMA YILDIRIM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir